Biznes həlləri şöbəsi aparıcı mütəxəssis | Banco.az
Kapital Bank

Biznes həlləri şöbəsi aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Kapital Bank Korporativ və KOS satışlar idarəsinin Korporativ biznesə dəstək departamenti Biznes həlləri şöbəsi aparıcı mütəxəssis vakansiyasını elan edir.

Öhdəliklər

  • Kredit və sənədli əməliyyatların rəsmiləşdirilməsi;
  • Xidmət keyfiyyətinin çatışmamazlıqlarının aşkar olunması;
  • Korporativ müştərilərdən daxil olan müraciət və şikayətlərin araşdırılması və sorğuların cavablandırılması üçün müvafiq tədbirlər görülməsi;
  • Korporativ müştərilərə göstərilən xidmətlər üzrə prosedur və qaydaların hazırlanması;
  • Korporativ müştərilərə göstərilən xidmətlərin qaydalara və daxili biznes proseslərə uyğun aparılmasının yoxlanması məqsədi ilə mütəmadi monitorinqlər aparılması, qaydaların icra olunmasına nəzarət edilməsi;
  • Filiallarda əməkdaşlar arasında sorğuların aparılması və əməkdaşların tələb və problemlərinin həll olunması;
  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
  • Birbaşa rəhbəri, İdarə Heyəti sədri, tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
  • Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktlarla müəyyənləşdirilən başqa səlahiyyətləri həyata keçirir.

Tələblər

  • Ali təhsil;
  • Göstərilən sahədə ən 2 il təcrübə;
  • Analitik düşünmə qabiliyyəti;
  • Detallara diqqətli;
  • Bankın fəaliyyətində istifadə edəcəyi  proqramları (Microsoft Office Excel/Word və sair) bilmək;
  • Sərbəst işləmə və ünsiyyət qabiliyyəti.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et