Bazar riskləri üzrə aparıcı/baş analitik | Banco.az
Kapital Bank

Bazar riskləri üzrə aparıcı/baş analitik

Vakansiya haqqında məlumat: 

 

Bazar riskləri üzrə aparıcı/baş analitik

Ümumi məlumat

Kapital Bank namizədləri Bazar riskləri üzrə Analitik – aparıcı/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Likvidlik və bazar risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üzrə işlərin  təşkili və bu prosesə nəzarətin həyata keçirilməsi;
  • İqtisadiyyatda və bank sektorunda baş verə biləcək potensial dəyişikliklərin öncədən  müəyyənləşdirilməsi istiqamətində araşdırılmaların aparılması;
  • Bankın biznes siyasətinə təsir edə biləcək şok hadisələri nəzərə almaqla stress-test modellərin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflər verilməsinə  nəzarət edilməsi;
  • Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsində və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi;
  • Bazar riskləri sahəsində araşdırılma aparılması.

Tələblər 

  • İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
  • Qiymətli kağızlar haqqında yüksək bilik;
  • Ümumi bazar risklərinin idarə edilməsi, risk metrikləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında əla biliklər.

Üstünlük verilən bilik və bacarıqlar

  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
  • CFA və ya FRM sertifikatlarına sahib olma arzuolunandır; 
  • Əla səviyyədə praktiki Excel bacarıqları;
  • Python və SQL-də proqramlaşdırma təcrübəsi arzu olunandır;
  • İngilis dili biliklərinin olması mütləq, Rus dili bilikləri arzuolunandır;
  • Müvafiq olaraq aparıcı və baş mütəxəssis vakansiyaları üçün bazar risklərinin idarə edilməsi sahəsində minimum 2 və 3 il iş təcrübəsi.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud hr@kapitalbank.az email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et