Baş mühasib | Banco.az

Baş mühasib

Vakansiya haqqında məlumat: 

 

Özünə və peşəkar qabiliyyətlərinə güvənən,"BOA Agency" komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

İş barədə məlumat

 

∙ Şirkətin maliyyə fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil edilməsi.
∙ Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə- təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat- maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək.
∙ Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, dövriyyəsini, xərclər smetasının hazırlanmasını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi.
∙ İş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib edilməsi.
∙ İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının həyata keçirilməsi.
∙ Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması.
∙ Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirmənin təmin edilməsi.
∙ Yerli mühasibat uçotu qanunvericiliyinə görə maliyyə hesabatlarının tərtib edilməsi (Balans, mənfəət\zərər, pul axını).
∙ Müəssisənin fəaliyyəti ilə bağlı Dövlət Qurumları , Qeyri dövlət qurumları ilə işlərin aparılması.
∙ Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;

Vakant vəzifə üzrə tələblər:

 

∙ İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
∙ Minimum 2 il mühasib vəzifəsində iş təcrübəsi;
∙ Kompüter bilikləri - MS office, 1C;
∙ ACCA üzrə sertifikatlar arzuolunandır;
∙ Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər;
∙ Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
∙ Azərbaycan dili (Rus arzuolunandır.);
∙ MS Office, 1C proqramlarında sərbəst işləmə bacarığı.

Sizə nə təklif edirik?

  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri.
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Əmək müqaviləsi.
  • - İş qrafiki-tam
  • - İstirahət günü-həftədə 2 gün
  • - İş saatları I-V saat 09:00-dan 18:00-a qədər

Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır. (012) 431-44-02

Ünvan: Nəsimi rayonu, 4 mkr.,Mir Cəlal küç.36 D

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
BOA Agency

Ən sərfəli krediti almaq üçün müraciət et