Bank Təhlükəsizliyi Departamentinə Mütəxəssis | Banco.az
Bank Respublika

Bank Təhlükəsizliyi Departamentinə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Bank Respublika ASC Bank Təhlükəsizliyi Departamentinə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • İşlərin bankın təhlükəsizlik strategiyasına uyğun olaraq qurulması;
  • İnformasiya təhlükəsizliyinin yayılmaması ilə əlaqədar işin təşkili;
  • Bankın ərazisində olan  əməkdaş və müştərilərin təhlükəsizliyinin təmin olunması;
  • Mühafizə və buraxılış rejiminin təşkili haqqında qaydalara nəzarət;
  • Mühafizə və video müşahidə kameraları vasitəsi ilə nəzarət.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Təcrübə: Təhlükəsizlik xidməti, Məhkəmə və hüquq mühafizə orqanlarında təcrübə;
  • Əməyin mühafizəsi qayda və normaları, təhlükəsizlik və yanğından mühafizə texnikası ilə bağlı biliklər;
  • Dil bilikləri: Azərbaycan dili (əla);
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 04 may 2022-ci il tarixinədək email-in mövzu hissəsində Bank Təhlükəsizliyi Departamentinin mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et