Bank Təhlükəsizliyi Departamentinə Mütəxəssis | Banco.az
Bank Respublika

Bank Təhlükəsizliyi Departamentinə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Bank Respublika ASC Bank Təhlükəsizliyi Departamentinə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

 

Artıq 28 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • İşlərin bankın təhlükəsizlik strategiyasına uyğun olaraq qurulması;
  • İnformasiya təhlükəsizliyinin yayılmaması ilə əlaqədar işin təşkili;
  • Bankın ərazisində olan  əməkdaş və müştərilərin təhlükəsizliyinin təmin olunması;
  • Mühafizə və buraxılış rejiminin təşkili haqqında qaydalara nəzarət;
  • Mühafizə və video müşahidə kameraları vasitəsi ilə nəzarət;

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Təcrübə: təhlükəsizlik xidməti və ya  mühafizə orqanlarında təcrübə;
  • Əməyin mühafizəsi qayda və normaları, təhlükəsizlik və yanğından mühafizə texnikası ilə bağlı biliklər;
  • Dil bilikləri: Azərbaycan dili (əla);
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Bank Təhlükəsizliyi Departamentinin mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et