Bank Sistemlərinin Proqramlaşdırılması üzrə Kiçik Mütəxəssis | Banco.az
PAŞA Bank

Bank Sistemlərinin Proqramlaşdırılması üzrə Kiçik Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Bank” ASC olaraq Bank Sistemlərinin Proqramlaşdırılması üzrə Kiçik Mütəxəssis kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Məhsul yaradılmasına töhfə verərək kod və qərarlarla müvafiq həllərin hazırlanması;
• Biznes dəyərlərini çatdırmaq üçün bank sistemləri üzrə mühəndislik təcrübəsinin genişləndirilməsi;
• Standartlara və təlimatlara uyğun kod yazaraq bank sistemlərinin (ABS) təkmilləşdirilməsi və dəstəklənməsi;
• Banka dəyər qatacaq innovativ həllərin hazırlanması;
• Dəqiqlik və funksionallıq üçün kodun nəzərdən keçirilməsi;
• İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllərin yaradılması;
• “Agile” işləmə vasitələrinin təkmilləşdirilməsi və dəstəklənməsi;
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.

Sizdən nə tələb olunur?

Təhsil: İnformasiya Texnologiyaları, Riyaziyyat və digər müvafiq sahə üzrə Bakalavr təhsili
Xarici dillər: İngilis
Komputer bilikləri: Oracle SQL (yaxşı), Oracle PL/SQL (orta), Verilənlər Strukturu və Alqoritm biliyi
Üstünlük verilir: Bank təcrübəsi

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] ünvanına başlıqda “Bank Sistemlərinin Proqramlaşdırılması üzrə Kiçik Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et