Bank sisteminin idarə edilməsi üzrə mütəxəssis | Banco.az
Bank Respublika

Bank sisteminin idarə edilməsi üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“Bank Respublika” ASC Bank sisteminin idarə edilməsi üzrə mütəxəssis vakansiyasını elan edir.

Artıq 28 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Bank sisteminin idarə edilməsi;
  • Bank sistemi üzrə sorğuların təhlili, optimallaşdırılması və icrası üçün təkliflərin verilməsi;
  • Bank sisteminin funksional sazlanması;
  • Bank sistemi üzrə yeni funksionallıqların tətbiqi və icra işləri, yeniliklərin testində iştirak və koordinasiya;
  • Xarici və daxili işçi qrupları ilə effektiv və konstruktiv əməkdaşlığın qurulması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Bank sisteminin idarə edilməsi və biznes proseslərin təhlili üzrə iş təcrübəsi arzuolunandır;
  • Texniki düşüncə;
  • Yüksək məsuliyyət;
  • SQL proqram dilinin əsasları üzrə biliklər arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dilləri arzuolunandır;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 avqust 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Bank sisteminin idarə edilməsi üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et