Bank kartları üzrə hesablaşmalar bölməsi/ müdir | Banco.az
Expressbank

Bank kartları üzrə hesablaşmalar bölməsi/ müdir

Vakansiya haqqında məlumat: 

 

Ödəniş sistemlərinin idarə edilməsi departamenti/ Əməliyyat şöbəsi/ Bank kartları üzrə hesablaşmalar bölməsi/ müdir

Namizədə olan tələblər:

- Ali təhsili olan;

- Müvafiq peşə üzrə ən azı 2 (iki) il təcrübəsi olan şəxslər qəbul oluna bilər;

- Azərbaycan, rus, ingilis (arzuolunandır);

- Kompyuter proqramları üzrə biliklər;

- Analitik düşüncə və təhlil etmə qabiliyyəti;

- Komandada işləmək bacarığı;

Görəcəyiniz işlər:

  • Bölmənin işçiləri arasında vəzifə bölgüsü aparır, bölmənin vəzifələrinə müvafiq olaraq tabeçiliyində olan işçilərin fəaliyyətini istiqamətləndirir;
  • Bölmənin işçilərindən hesabatları tələb edir və onların hazırlanmasına nəzarət edir;
  • Bölmənin işçiləri tərəfindən vəzifələrin icrasına daim nəzarət edir;
  • Bölmənin vəzifələrinə uyğun olaraq tabeçiliyində olan işçilərə yazılı və şifahi göstərişlər verir;
  • Bölmənin işçiləri tərəfindən təqdim edilmiş hesabatlar əsasında departament direktoru və şöbə müdirinə  cari, aylıq, rüblük və illik hesabatları təqdim edir;
  • Departament direktoru və şöbə müdiri tərəfindən verilmiş departamentin əsasnaməsinə uyğun bütün tapşırıqları icra edir və bu tapşırıqların icrası məqsədi ilə şöbənin işçilərinə müvafiq göstərişlər verir;
  • Bank tərəfindən emissiya olunmuş kartlar üzrə əməliyyatların mühasibat uçotunun aparılmasını təmin edir;
  • Bank kartlarının həm respublika ərazisində, həm də xaricdə aktiv olmasının təmin edilməsi üçün kart prosesinq mərkəzi ilə işi aparır;
  • Kart prosesinq mərkəzindən hesablaşmalara dair faylların qəbul edilməsi, bank proqramına yüklənilməsi və onların əsasında kart əməliyyatları üzrə aralıq klirinqinin həyata keçirilməsini təmin edir;
  • Beynəlxalq ödəniş sistemləri və prosesinq mərkəzləri ilə əlaqələri qurur və müvafiq işlər aparır;
  • Bölmənin hesablaşma prosesinə və hesablaşma hesablarına nəzarət edir;
  • Bölmə ilə bağlı olan risklərin idarə edilməsini həyata keçirir;
  • Bankın və Azərbaycan Respublikasının Mərkəzi Bankının məxfilik və təhlükəsizlik qaydalarına riayət edir;
  • “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə məqsədilə daxili nəzarət üzrə siyasət” və bankdaxili prosedurların tələblərindən irəli gələn vəzifələri yerinə yetirir.

Bizim üstünlüklərimiz:

- Azərbaycanın aparıcı banklarının birində iş;

- Professional və maddi inkişaf perspektivləri.

- Tibbi sığorta;

- Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;

Namizdələrdən müraciət üçün [email protected] mailinə vakasniyanın adını qeyd edəırək CV göndərmələri xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et