Bakı şəhəri üzrə təcrübə programı | Banco.az

Bakı şəhəri üzrə təcrübə programı

Vakansiya haqqında məlumat: 

Dəyərli gənclər,

Bazarın liderlərindən biri olan “ParaBokt” Bakı şəhəri üzrə təcrübə programı elan edir.

Karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik.

Öhdəliklər

  • Təlimlərdə aktiv iştirak etmək
  • Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
  • Təlimçi və mentorla interaktiv işləmək
  • Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək
  • Lombard kreditləşmə işini nəzəri və praktiki mənimsəmək

Tələblər

  • Karyerasını satış işində görmək
  • Öyrənməyə açıq olmaq
  • Hədəflərlə işləməyi bacarmaq
  • Pozitiv ünsiyyət bacarığı
  • Komandada işləməyə meyilli olmaq

Maraqlanan şəxslərin CV-lərini "təcrübə proqramı" başlığı ilə [email protected] mail ünvanına göndərmələri xahiş olunur.

Parabokt tərəfindən irəli sürülən bu təşəbbüs tələbələrin və ya iş potensialı olub ali təhsili olmayan gənclərin gələcəkdə peşəkar təcrübə əldə etməsində və Parabokt-da karyera qurmasında dəstəyini təmin edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
Para BOKT

Ən sərfəli krediti almaq üçün müraciət et