Analitik (Problemli kreditlərin yığımı üzrə) | Banco.az
Bank Respublika

Analitik (Problemli kreditlərin yığımı üzrə)

Vakansiya haqqında məlumat: 

 

Bank Respublika ASC Problemli Kreditlərlə iş Departamentinin Təhlil və Hesabatlılıq şöbəsinə Analitik vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Problemli kredit portfelinin analizi və təhlili;
  • Yığım üzrə işçi qrupu əməkdaşlarının fəaliyyəti üzrə nəticələrin qiymətləndirilməsi;
  • Struktur bölmə əməkdaşlarının motivasiya sistemi üzrə müvafiq prosedurların icrası;
  • Hesabatların hazırlanması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: aidiyyatı sahə və ya kredit sahəsi üzrə arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili (əla); İngilis dili (yaxşı);
  • Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel – yüksək səviyyədə);
  • Analitik düşünmə və düzgün qərarvermə bacarığı;
  • Yüksək səviyyədə riyazi hesablama və məlumatlar əsasında təhlil etmə bacarığı;
  • Böyük həcmli məlumat bazası ilə işləmək və təqdimat bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 yanvar 2022-ci il tarixinədək email-in mövzu hissəsində Analitik (Problemli kreditlərin yığımı üzrə) qeyd etməklə HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et