Alternativ Kanallarla Satışın Təşkili Şöbəsi Birbaşa satış qrupunun kiçik mütəxəssisi | Banco.az

Alternativ Kanallarla Satışın Təşkili Şöbəsi Birbaşa satış qrupunun kiçik mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Alternativ Kanallarla Satışın Təşkili Şöbəsi Birbaşa satış qrupunun kiçik mütəxəssisi

Tələblər:

  • Marketinq,İqtisadiyyat,Menecment sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Azərbaycan dilini əla,Rus və İngilis dilinin yaxşı səviyyədə olması arzuolunandır;
  • MS Office məhsulları üzrə bilik;
  • Bank sektorunda kariyera qurmağa həvəsli;
  • Satış taktikalarına bələd olmaq,yaradıcı və operativlilik;
  • Təzyiqə davamlı;
  • Yüksək etibarlı,təmkinli,etik
  • 19-25 yaş arası

Öhdəliklər:

  • Pərakəndə bank məhsullarının satışını həyata keçirmək;
  • Potensial dövlət,özəl müəssisələrin əməkdaşları ilə görüş,təqdimatlar keçirmək və birbaşa satış prosesini həyata keçirmək;
  • Pərakəndə bazarı araşdırmaq,rəqib banklar,yeni məhsullar haqqında məlumatın toplanması və uyğun yeni təkliflərin verilməsi;
  • Bankın məhsul və xidmətlərini özündə əks etdirən reklam materiallarının potensial müəssisə və müştərilər arasında təbliğatını təmin etmək;
  • Mövcud məhsul və xidmət şərtlərininin bazara uyğunluğunu ölçmək,müştərilərlə sorğunun keçirilməsi və tələbata uyğun olaraq yeni kampaniyaların keçirilməsi ilə bağlı təkliflər vermək;
  • Cəlb edilmiş müştərilərin filiallarda uyğun bölgüsü və xidmətin sona qədər aparılmasını təqib etmək

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Şirkət: 
YELO BANK

Ən sərfəli krediti almaq üçün müraciət et