Yaponiyanın Azərbaycana investisiya qoyuluşu cüzi azalıb | Banco.az

Yaponiyanın Azərbaycana investisiya qoyuluşu cüzi azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ildə Yaponiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 277 milyon 273 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 0,8% və ya 2 milyon 133 min dollar azdır.

Qeyd edək ki, 2022-ci ildə Yaponiyanın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 279 milyon 406 min dollar təşkil edib. Hesabat ilində Yaponiya Azərbaycana ən çox investisiya yatıran 7-ci ölkə olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et