Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina edib | Banco.az

Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina edib

Müəllif:Ayşən İmanova/Banco.az

Portuqaliya hökuməti müstəmləkə dövründə köləliyə görə təzminat ödəmək üçün hər hansı bir prosesi başlamaqdan imtina edib.

Banco.az xəbər verir ki, ölkə hökuməti münasibətləri dərinləşdirmək və tarixi həqiqətə hörmət etmək istədiyini qeyd edib, lakin təzminat ödəməyə gəldikdə, konkret tədbirlər proqramının olmadığını bildirib.

Ölkə Prezidenti Rebelo de Sousanın bəyanatına görə, Portuqaliya təzminat ödəməyin bir neçə yolunu nəzərdən keçirir. Bunlara keçmiş müstəmləkələrin borclarının silinməsi, həmçinin maliyyə təminatı daxildir.

Qeyd edək ki, səlahiyyətlilərin sözlərinə görə, əvvəlki hökumətlər də oxşar xətti izləyiblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et