Ödənişsiz "Mühasib" peşə hazırlığı kurslarına qeydiyyatdan keçməyə tələsin! | Banco.az

Ödənişsiz "Mühasib" peşə hazırlığı kurslarına qeydiyyatdan keçməyə tələsin!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə "Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası" İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində "Mühasib" peşə hazırlığı kursunda iştirak edə və işlə təmin olunmaq şansı qazana bilərsiniz.

İşsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin olunmasına dəstək üçün həyata keçirilən peşə hazırlığı kursları Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir və qeyd edilən vətəndaşların məşğulluğunu təmin etmək məqsədi daşıyır.

Peşə hazırlığı kurslarında iştirak etmək ödənişsizdir.

“ Mühasib ” peşə hazırlığı kursuna müraciət etmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə Bakı (Məsud Əlizadə 135), Abşeron-Xızı Regional Məşğulluq filialına (Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 64) və DOST mərkəzlərinə yaxınlaşa bilərlər.

Əlaqədar şəxs:

+994125055302

Ən sərfəli kredit üçün müraciət et

+994552509688 ,

[email protected],

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et