Nə üçün magistr təhsilini xaricdə başa vurmalıyıq? | Banco.az

Nə üçün magistr təhsilini xaricdə başa vurmalıyıq?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Magistr dərəcəsi əldə etmək ixtisasınız üzrə yüksək nəticələrə nail olmaq və karyeranızda inamla addımlamaq üçün böyük əhəmiyyətə malikdir.

Magistr təhsilinizi xarici universitetlərdən birində başa vurduğunuz zaman siz diplom və yeni təcrübə qazanmaqla yanaşı, fərqli mədəniyyətlərə asanlıqla uyğunlaşma bacarığı və yüksək dil bilikləri də əldə etmiş olacaqsınız. Xarici təcrübəyə sahib namizədlər işə götürənlər tərəfindən də olduqca böyük rəğbətlə qarşılanır.

Gəlin birlikdə nə üçün xaricdə magistr təhsili almağın bizim üçün üstünlük olduğuna nəzər salaq.

1. Öz sahənizin mütəxəssisi ola bilərsiniz.

Gənc yaşlarında özlərini müəyyən bir sahə üzrə mütəxəssis olmağa həsr etmiş şəxslərin karyeralarında arzu etdikləri nailiyyətləri əldə etmək şansları daha yüksəkdir. Sizə bu yolda kömək olacaq bütün şansları yaxşı dəyərləndirməyə çalışın.

2. Dil biliyinizi ən yüksək səviyyəyə çatdıra bilərsiniz.

Xaricdə təhsil almaq sizə tamamilə xarici dil mühiti ilə əhatə olunma imkanı yaradacaqdır. Qeyd edək ki, yeni bir dil öyrənməyin ən effektiv üsulu məhz həmin dilin danışıldığı ölkədə yaşamaqdır. Həm gündəlik həyatınızda, həm də universitetdə dil bacarıqlarınızı təkmilləşdirə bilər və beləliklə də, akademik təcrübə ilə yanaşı danışıq dilini də mükəmməl öyrənə bilərsiniz.

Unutmayın ki, xarici dili həmin dilin daşıyıcısı səviyyəsində danışmaq iş müsahibələri zamanı sizə üstünlük verilməsinə səbəb ola bilər. Həmçinin yüksək xarici dil bilikləri sizin beynəlxalq şirkətlərdə də işləmə şansınızı artıracaqdır.

Ən sərfəli kredit üçün müraciət et

3. Xaricdə işləmə imkanı əldə edə bilərsiniz.

Xaricdə təhsil alarkən eyni zamanda iş təcrübəsi qazanmaq istəyirsinizsə, dəyərləndirməli olduğunuz başqa bir fürsət də yarım ştat iş imkanlarıdır. Fərqli iş mühitlərini təcrübədən keçirməkdən çəkinməyin. Öz sahəniz üzrə işləmə imkanı əldə etməyiniz isə bu sizin öyrəndiyiniz nəzəri bilikləri təcrübəyə tətbiq etməyiniz baxımından daha əhəmiyyətli və əldən buraxılmamalı fürsət olacaqdır.

4. İş tapmaq şansınızı artıra bilərsiniz.

Xaricdə magistr təhsili almağın gətirdiyi etibarlılıq imici işə götürənlərin nəzərində xüsusi yerə sahib olmağınıza səbəb olacaq və işə qəbul edilmə şansınızı artıracaqdır. Aparılan bir araşdırmaya görə, magistr dərəcəsi şirkət daxilindəki mühüm vəzifələrə namizədlərin seçilməsi zamanı xüsusi əhəmiyyət kəsb edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et