Avstraliya Ukraynaya daha 100 milyon yardım edəcək | Banco.az

Avstraliya Ukraynaya daha 100 milyon yardım edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Avstraliya Ukraynaya ümumi məbləği 100 milyon dollar olan daha bir yardım paketi təqdim edəcək.

Banco.az xəbər verir ki, bu barədə Avstraliya müdafiə naziri, ölkənin baş nazirinin müavini Riçard Marlz Lvovda Ukraynanın baş naziri Denis Şmıqalla birgə mətbuat konfransı zamanı bildirib.

"Bu gün biz Ukraynaya 100 milyon dollarlıq yeni yardım paketini elan edirik", - deyə o qeyd edib.

Onun sözlərinə görə, bunun 50 milyon dolları qısa mənzilli hava hücumundan müdafiə sistemlərinə, qalanı isə müxtəlif mallara - şişmə qayıqlardan tutmuş dəbilqə və çəkmələrə qədər xərclənəcək.

Qeyd edək ki, Avstraliya hakimiyyətinin Ukraynaya yardım üçün ayırdığı vəsaitin ümumi məbləği artıq 880 milyon dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et