Avropa İttifaqı ağırçəkili nəqliyyat vasitələrinin emissiyalarını azaldır | Banco.az

Avropa İttifaqı ağırçəkili nəqliyyat vasitələrinin emissiyalarını azaldır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) ağırçəkili nəqliyyat vasitələrinin emissiyalarını azaldacaq.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurası üzv ölkələrdə ağırçəkili nəqliyyat vasitələrinin tullantılarını azaltmaq və bu avtomobillərə ciddi emissiya qaydaları tətbiq etmək üçün hazırlanmış qanunu qəbul etdiyini açıqlayıb.

Yeni qanuna əsasən, yük maşınları və avtobusların səbəb olduğu çirklənmə və karbon emissiyaları azaldılacaq. Avtobuslar və yük maşınları da daxil olmaqla yeni ağırçəkili nəqliyyat vasitələri üçün karbon emissiyasının azaldılması hədəfləri yenilənəcək.

16 tondan çox ağırçəkili nəqliyyat vasitələrinin tullantıları 2030-cu ildən 45 faiz, 2035-ci ildən isə 65 faiz azaldılacaq. 2040-cı ildən etibarən satılacaq yeni yük maşınları və avtobuslar kimi müxtəlif ağırçəkili nəqliyyat vasitələrinin emissiyaları isə 90 faiz aşağı olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, 2030-cu ildən etibarən Aİ-də satılan yeni şəhər avtobuslarının 90 faizi sıfır emissiyalı, 2035-ci ildən isə onların hamısı sıfır emissiyalı olacaq. Şəhərlərarası avtobuslar bu hədəfdən azad ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et