Maliyyə İnstitutları və Sənədli Əməliyyatlar şöbəsi üzrə mütəxəssis | Banco.az
Turanbank

Maliyyə İnstitutları və Sənədli Əməliyyatlar şöbəsi üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

İnstitusional Bankçılıq və Marketinq Departamentinin Maliyyə İnstitutları və Sənədli Əməliyyatlar şöbəsi üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

  • Hərtərəfli Due Diligence və KYC daxil olmaqla, on-boarding prosesinin effective şəkildə aparılması.
  • Banklararası əməkdaşlığın müxtəlif aspektləri üzrə mövcud və potensial tərəfdaş banklarla yüksək keyfiyyətli və diplomak kommunikasiya və əlaqələrin idarə edilməsini təmin etmək.
  • Çarpaz satış potensialını və ümumi gəlirliliyi artırmaq məqsədi ilə maliyyə bazarları və tərəfdaşları təhlil etmək, banklar ilə partnyor şəbəkəsini genişləndirmək, Maliyyə İnstitutları və Ticarətin Maliyyəşdirilməsi məhsulları üzrə satış strategiyalarını dəstəkləmək.
  •  Komplayens, Risklərin İdarə Edilməsi, Xəzinədarlıq, Hesablaşmalar və Korporativ Bankçılıq daxil olmaqla, müxtəlif biznes bölmələri ilə əməkdaşlıq etmək, tərəflərin sorğularının peşəkar cavablandırılmasını təmin etmək.
  • Maliyyə İnstitutları üzrə yeni məhsullarının tətbiqinə töhfə vermək və uğurlu məhsul/proses idarə olunmasını təmin etmək.
  • Daxili biznes proseslərinin təkmilləşdirilməsinə dəstək olmaq, daxili istifadə üçün hesabat və təqdimatlar hazırlamaq.
  • Məlumatların saxlanması və sənəd axını processini peşakar səviyyədə idarə etmək.

Namizəd üzrə tələblər:

  • Maliyyə (Biznesin idarə edilməsi, Maliyyə, Bank işi, İqtisadiyyat, Beynəlxalq iqtisadi əlaqələr) və ya müvafiq sahə üzrə magistr təhsili
  • Müxbir bankçılıq və məhsullar, uyğunluq, bazar riskləri və beynəlxalq tənzimləmə çərçivələri ilə tanışlıq, bu sahələrdə bilik və təcrübəni inkişaf etdirmək mütləqdir.
  • Analitik bacarıqlar: məlumatları şərh etmək, maliyyə hesabatlarını təhlil etmək və verilən məlumat əsasında düzgün qərarlar qəbul etmək bacarığı.
  • MS Suite proqramında bilik, SWIFT proqramı ilə tanışlıq və ya əvvəlki təcrübə arzuolunandır.
  • Biznesin avtomatlaşdırılması və optimallaşdırılmasını dəstəkləyən prosesləri dizayn etmək bacarığı.
  • Maraq və həll yönümlü düşüncə, işə innovativ yanaşma.
  • Ünsiyyət qurmaq və komandada işləmək bacarıqları
  • Azərbaycan və ingilis dillərini mükəmməl, rus və/və ya türk dilini yaxşı səviyyədə bilməsi arzuolunandır
  • Müvafiq sahədə iş təcrübəsinin olması arzuolunandır.

Anketlərinizi  [email protected]  ünvanına göndərə bilərsiniz. CV göndərərkən məktubda mövzu hissəsində “Maliyyə Təşkilatları və Sənədli Əməliyyatlar şöbəsi üzrə kiçik mütəxəssis/mütəxəssis” yazmağınız xahiş olunur.

 Müraciət üçün son tarix 11 noyabr, 2022.

Ən sərfəli krediti almaq üçün müraciət et