Kreditlərin monitorinqi bölməsinin Mütəxəssisi və ya Aparıcı mütəxəssisi | Banco.az
Bank BTB

Kreditlərin monitorinqi bölməsinin Mütəxəssisi və ya Aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC Risklərin idarə edilməsi departamenti, Kreditlərə nəzarət şöbəsi, Kreditlərin monitorinqi bölməsinin Mütəxəssisi və ya Aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş  Bank “BTB” ASC  hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC  öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Kreditlərin monitorinqi bölməsinin Mütəxəssisi və ya Aparıcı mütəxəssis

İş barədə məlumat:

  • Bankın idarəetmə orqanlarının müəyyən etdiyi və bankdaxili qaydaları ilə müəyyən olunmuş kredit portfeli üzrə hesabatlar hazırlayır;
  • Kreditlərin Anderraytinqi işlərinin icrasına nəzarət etmək;
  • Bankın kredit portfelinin keyfiyyətinə gündəlik nəzarət edir, onun yaxşılaşdırılması üçün təkliflər hazırlayır;
  • Kredit müraciətləri üzrə sifarişlərə komitədən əvvəl yazılı rəy bildirir; Kredit limitləri ayrılarkən öz təkliflərini vermək;
  • Kredit komitələrində iştirak edir;
  • Şöbənin işini bankdaxili siyasət və qaydalara uyğun planlaşdırmaq, işlərin icrasına nəzarət etmək
  • Kredit portfelinə gündəlik nəzarətin həyata keçirilməsinə, kredit portfelinin keyfiyyətinin artırılmasına dair verilmiş təkliflərə və ona həvalə olunmuş səlahiyyətlər daxilində kredit portfelinin keyfiyyətinin artırılması istiqamətində səlahiyyətli şəxslər tərəfindən tədbirlərin görülməsinə nəzarət edilməsinə məsuliyyət daşıyır;
  • İdarə Heyətinin və/və ya birbaşa rəhbərinin bu bölməyə həvalə etdiyi digər vəzifələri həyata keçirir.

Namizədə tələblər:

  • Ali təhsil (iqtisadi və riyazi təhsilli olanlara üstünlük verilir);
  • Kredit riskləri minimum 2 il təcrübə;
  • Analitik qabiliyyət
  • Səmərəli ünsiyyət qurmaq bacarığı
  • İşgüzar ünsiyyət etikası
  • Komandada işləmək qabiliyyəti
  • Microsoft Office proqramlarında işləmək qabiliyyəti
  • Məsuliyyət

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kreditlərin monitorinqi bölməsinin Mütəxəssisi və ya Aparıcı mütəxəssisi)  göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et