Çağrı mərkəzi operatoru | Banco.az
Bank BTB

Çağrı mərkəzi operatoru

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC Çağrı mərkəzi operatoru vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Çağrı mərkəzi operatoru

İş barədə məlumat:

  • 946 “Qaynar Xətt”-inə gələn zəngləri, sosial şəbəkə kanallarına gələn müraciətləri cavablandırmaq;
  • Müştərilərə xidmətlərlə bağlı məlumat vermək;
  • Sifarişi aidiyyatı xidmət bölməsinə yönəltmək;
  • Zənglərin qeydiyyatını aparmaq və statistik hesabatlar hazırlamaq;
  • Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək, yaranmış problemləri aidiyyatı bölmələrə yönləndirmək;

Namizədə tələblər:

  • Ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
  • Bank sahəsində iş təcrübəsi;
  • Aydın intonasiya ilə danışıq bacarığı;
  • Səlis Azərbaycan və Rus dili biliyi;
  • Ünsiyyətqurma bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Stressə davamlılıq;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində)  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində ( Operator ) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et