Mikrosahibkarlıq subyekti və onların vergi güzəştləri - ARAŞDIRMA | Banco.az

Mikrosahibkarlıq subyekti və onların vergi güzəştləri - ARAŞDIRMA

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarına əsasən sahibkarlıq subyektinin müəyyən olunmuş yeni meyarlarına mikro sahibkarlıq subyekti də əlavə olunmuşdur.

Müəyyən olunmuş meyarlara əsasən Azərbaycanda sahibkarlıq subyektləri 4 qrupa bölünmüşdür. Meyarlara əsasən, 10 nəfərə qədər işçi sayı və illik gəliri 200 min manat və ondan aşağı olan sahibkarlar mikro sahibkarlıq, 11-50 işçisi olan və 200 min manatdan 3 milyon manatadək illik gəliri olanlar kiçik sahibkarlar hesab olunur. 51-250 işçisi və 3-30 milyon manat illik gəliri olanlar orta sahibkarlar, iri sahibkarlar isə 251 və ondan yuxarı işçiyə və 30 milyon manat illik gəlirə malik olan sahibkarlardır.

İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Bununla bərabər 2019 cu il yanvarın 1 dən qüvvəyə minmiş Vergilər Məcəlləsində edilmiş dəyişikliklərə əsasən mikro sahibkarlıq subyektlərinə bir sıra vergi güzəştləri və azadolmaları tətbiq olunmuşdur. Belə ki, Vergilər Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, onlara aşağıdakı güzəşt və azadolmalar tətbiq edilir:

Ən sərfəli kredit üçün müraciət et

  • 102.1.30. mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;
  • 102.1.31. mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir - 3 il müddətinə;
  • 106.1.20. mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi;
  • 106.1.23. mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəəti - 3 il müddətinə;
  • 114.3-1. Mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.
  • 199.14. Mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar.

Ən sərfəli krediti almaq üçün müraciət et