Xəzinədarlıq Departamenti, Direktor | Banco.az
Bank BTB

Xəzinədarlıq Departamenti, Direktor

Инфо о вакансии: 

İş barədə məlumat:

- XÖHKS, AZİPS, SWIFT sistemlərində işləmə 
- XÖHKS, AZİPS vasitəsilə daxil olan ödənişlərin sistem vasitəsilə ilə üzləşdirilməsi
- Sürətli pul köçürmə sistemləri üzrə klirinq əməliyyatları
- Vəsaitlərin müştəri hesablarına mədaxili
- Müxbir hesab qalıqlarının yoxlanılması
- MT103, MT202,  MT300,  MT320,  MT199  formatlı SWIFT məlumatlarının hazırlanması
- Sənədlərin arxivləşdirilməsi
- Hesabatların hazırlanması

Namizədə tələblər:

- Ali təhsil (iqtisadi, riyazi və maliyyə ixtisasları üzrə)
- Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini orta səviyyədə bilmə bacarığı
- Analiz etmə qabiliyyəti
- Problemləri həll etmə bacarığı
- Banklararası hesablaşmalar üzrə mövcud qanunvericiliyi  bilmək
- Yüksək səviyyədə dəqiqlilik, operativlik və icraçılıq bacarığı
- Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti
- Ünsiyyət qurma bacarığı
- MS Office proqramında işləmə bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər şəkilli CV-lərini  5 May, 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Mürvaciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Xəzinədarlıq Departamenti, Direktor) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et