Xeyriyyə | Banco.az

Nikoil | Bank bu gün – xeyriyyə və sosial məsuliyyət məsələlərinə böyük diqqət yetirən və öz siyasətində mühüm bir rol ayıran Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən banklar və hətta bütün kommersiya müəssisələri arasında nadir nümunələrindən biridir.

Sosial Məsuliyyəy bizim bank üçün sadəcə sözlər deyil – bu komandamız gördüyü işlərin nəticələridir və gündəlik olaraq sübutu olan fəaliyyətimiz və əməllərimizdir.

 

 

 

Bankda hər il qan vermə aksiyası həyata keçirilir. Bankın gözəl bir korporativ adətinə çevrilən şənbə iməciliklərdə isə kollektivimiz şəhərin yaşıllaşdırma işinə öz tövhəsini verir.

Ən iri və miqyaslı layihələrdən isə Heydər Əliyev Fondu və “Uralsib” FK tərəfindən “Oriqami” uşaq mərkəzinin yeni binasının tikilməsi layihəsində iştirakımızı qeyd etmək olar.

 

 

 

Mütamadi olaraq sümük-vərəm xəsəliyindən əziyyət çəkən uşaqlar üçün sanatoriyasında mütamadi olaraq ziyarət həyata keçirilir və orada uşaqlara maddi və mənəvi dəstək vermək üçün əməkdaşlarımız qatılır. Bankın maliyyə dəstəyi ilə Korlar Cəmiyyətinin binasının təmiri həyata keçirilmişdir.

Ən son layihələr arasında isə Sumqayıt şəhərində kilsənin təmirində iştirakımızı qeyd etmək olar.

Bank sosial məsuliyyəti onun məhsul çeşidində də öz əksini tapmışdır. Belə bankın əmanət məhsulları arasında “NİKOİL | Xeyriyyə” adlı bir əmanət var. Bu əmanətin açılması zamanı əmanət üzrə hesablanmış faiz məbləğinin 0.1%-i müştəri adından “Oriqami” Uşaq Reabilitasiya Mərkəzinin hesabına yönəldilir. Bundan savayı bu əmanət üzrə faiz dərəcələri digər əmanət məhsulları ilə müqaisədə daha yüksəkdir.

Daha ətraflı məlumat üçün bu linklə keçərək tapa biləsiniz: http://nikoil.az/view/deposits_kinds.html

Nikoil | Bankda əmanət yerləşdimək üçün bankın istənilə filialına yaxınlaşa biləsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et