Taksit Kartları | Banco.az

Taksit kartı – bərpa olunan kredit xətti ilə müştərilərə pulsuz (bəzi hallarda ödənişli) təqdim edilən, müxtəlif üstünlüklərə malik kredit kartıdır.

Taksit kartlarının imkanları:
• Banklarla tərəfdaş olan ticarət / xidmət yerlərində (geyim, məişət texnikası, kompüter, telefon, mebel, restoran və s.) mal və xidmətlərin dəyərini Taksit kartı ilə ödəmək olar. İstifadə edilən məbləğ faiz hesablanmadan (bəzi hallarda faizlə) Banka bərabər hissələrlə tərəfdaşdan asılı olaraq 1, 3, 6 və ya 12 aya ödənilir.
• Bankların bankomatlarından müəyyən məbləğdə nağd pul çıxarmaq olar. İstifadə edilən məbləğ müəyyən komissiya ilə Banka bərabər hissələrlə bir neçə aya ödənilir.

Kart üzrə borc müvafiq aylar ərzində hər ayın müvafiq tarixinədək Banka ödənilir. Ödənilən məbləğ kart hesabına mədaxil olunur və yenidən istifadə edilə bilər.
Ödəniş müddətində borca faiz hesablanmır(bəzi kartlarda hesablanır) , lakin gecikmə olduqda cərimə faizi hesablanır.

Ən sərfəli krediti almaq üçün müraciət et