Sizə gəlir gətirən əmanət! | Banco.az

Sizə gəlir gətirən əmanət!

Bank: 

Daha çox gəlir əldə etməkistəyənmüştərilər üçün AtaBank müştərilərə yenilənmiş şərtlərlə manat əmanətməhsullarını təklifedir.

Dəyişikliklər 1 aydan 5 ilədək qoyulan bütün depozit növlərinə şamil olunur.

Hazırda milli valyuta üzrə fiziki şəxslərin əmanətlərinin maksimal faiz dərəcəsi faizlərin aylıq ödənildiyi təqdirdə illik 14% təşkil edir. Faiz gəlirləri müddətin sonunda ödənildiyi halda faiz dərəcəsi illik 15% təşkil edəcək.

Hal-hazırda “AtaBank”-da "Universal", Yığım və VİP manat əmanət növləri mövcuddur.  

Əmanətçilərə əmanət faizlərini aylıq, rüblük və  müddətin sonunda əldə etmək imkanı verilir.

Eyni zamanda, müştərilərə aylıq faizləri banka gəlmədən əldə etmək üçün pulsuz VisaElectron və ya Mastercard Maestro kartı təqdim olunur.

Depozit hesabının bankın istənilən filial və şöbəsində pulsuz açdırmaq imkanı ilə yanaşı müştərilər faiz dərəcələrinin artırılması ilə daha çox gəlir əldə edəcəklər.

Həmçinin 30.07.2007-ci ildən Əmanətlərin Sığortalanması Fondunun üzvü olan “AtaBank” müştərilərə bildirir ki,  "Əmanətlərin tam sığortalanması haqqında" Qanununun şərtlərinə uyğun olaraq " AtaBank"-da yerləşdirilən əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətinə tam sığortalanır.