Mənimçün bankda gəlib işləmək ən maraqlı hadisə idi | Banco.az

Mənimçün bankda gəlib işləmək ən maraqlı hadisə idi

Müsahibimiz: Nikoil bankın İdarə Heyətinin sədrinin hüquqi məsələlər üzrə müşaviri və İnzibatlaşdırma departamentinin direktoru Rüstəmzadə Ayxan Xankişi oğlu

  • İlk növbədə sizi fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etməyininz münasibətilə təbrik edirəm. 

Mən də sizə vaxt ayırdığınız üçün təşəkkür edirəm.

  • İlin əvvəlini bankın fəaliyyəti baxımından necə qiymətləndirmək olar?

İlin əvvəlində ölkədə baş verən müəyyən iqtisadi dəyişikliklər, bilavasitə devalvasiya nəticəsində, həmçinin buraya valyuta dəyişikliyini də əlavə etmək olar, baş verən xırda itkiləri nəzərə almasaq, bankın fəaliyyəti kifayət qədər qənaətbəxşdir. Hesab edirəm ki, ölkə səviyyəsində iqtisadi durum tənzimlənir. Nikoil Bank da düzgün siyasəti nəticəsində, inkşafa doğru iri addımlarla irəliləyir.

  • 2014-cü ildəki artım tempini bu ildə gözləməyə dəyərmi, ya məlum devalvasiya digər banklarda olduğu kimi sizi də öz strategiyanıza  yenidən baxmağa sövq etdi?

2014-cü il Bankımız üçün kifayət qədər uğurlu olub. İlin əvvəlində məlum səbəblərdən dolayı yaranan bəzi çətinlikləri idarə heyətinin Sədrinin bilavasitə, və bankın nəzdində fəaliyyət göstərən bəzi struktur və qurumlar aradan qaldırmağa çalışırlar.

Devalvasiya problemi banklarda hesabı olan əhali arasında bir qədər anlaşılmamazlığa səbəb oldu. Buna təbii ki, bəzi hüquqşünasların səsləndirdiyi fikirlər də təsir göstərdi. Lakin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yekun qərarı düşünürəm ki, fikir ayrılıqlarına son qoydu və ümumən ölkə üçün xeyirli bir addım idi. Nikoyl Bank 2014-cü il və ondan əvvəlki illərdə olduğu kimi, bu ili də ölkə bankları arasında ilk sıralarda tamamlamaq niyyətindədir.

  • Ümumiyyətlə maraqlıdır, devalvasiya Nikoilbanka necə təsir etdi, yəni bununla əlaqədar itkiləriniz nə qədər oldu və ya hansı sahədəki problemləri üzə çıxartdı.

Mən bu suala iqtisadçı kimi yox, hüquqşünas kimi cavab verim. Bu məsələni problem adlandırmayaq. Bayaq da qeyd etdiyim kimi, fikir ayrılıqları və ödəmələrdə çətinliklər yaranmışdı ki, bu da Konstitusiya Məhkəməsinin qərarından sonra öz ardıcıllığı ilə həllini tapmışdır. Ödəmə qabiliyyəti olan əhali artıq bu qərardan sonra borclarını ödəməyə başlayıb.

  • Nikoilbank müştərilərlə bağlı problemli məsələləri necə həll edir? Bank güzəştə getməyi bacarırmı? Hüquqşünas kimi xüsusuilə sizin fikirləriniz maraqlıdır.

Bildiyim qədərilə, Nikoil Bank bu sahədə insan və vətəndaşlarla yaxından iş aparır. İdarə Heyətinin Sədrinin tapşırığı ilə, kreditlə bilavasitə məşğul olan departamentləri, o cümlədən filiallar vətəndaşlarla bu barədə görüşlər keçirirlər, müqavilənin şərtlərinə və müqavilə müddətinin uzadılması, fazilərin endirilməsi məsələsinə baxılır. Təbii ki, bu sahədə görülən işlər həm müştərilərin xeyri həm də bankın mənafeyinə xidmət edir.

  • Nikoilbankın əsas güclü tərəfləri hansılardır, yəni sektorda  hansı xüsusiyyətləri ilə fərqlənə bilir?

Nikoil bankın ən güclü tərəfi mehriban kollektivin olması və düzgün işin qurulmasıdır. Həmçinin idarə heyətinin və bilavasitə sədrinin işçilərlə düzgün münasibət qurması da bizi güclü edən tərəflərdən biridir. O cümlədən, ölkədə baş verən hadisələri daim izləyərək, düzgün qərarların qəbul olunması da bizi fərqləndirən xüsusiyyətlərdəndir.

  • Bank  ilin ikinci yarısında müştərilərinə hansı yenilikləri vəd edir, hansı yeni məhsullar və xidmətlər üzərində işlər gedir?

Bu suala bir qədər səthi cavab vermək istərdim. Sadəcə qeyd etmək istərdim ki, Nikoyl Bank vətəndaşların maraqlarına cavab verən yeni məhsullar təqdim edir. Bazar iqtisadiyyatı dövründə, bank günümüzdə baş verən reallıqları nəzərə alaraq daim müştərilərin diqqətini cəlb etməyə çalışır. Həmçinin müştərilərə güzəşlər edilməsi faktını da unutmaq olmaz.

  • Məlumdur ki, Nikoil bankı xüsusiləşdirən tərəflərdən biri də onun düzgün kadr siyasətidir. Mümkündürsə deyin, banka gəlişiniz necə oldu?

Banka gəlişim 2012-ci ilə, bankın idarə heyətinin sədri ilə görüşümdən sonra oldu. Ümümən əsasən məhkəmə sferasında fəaliyyət göstərmişəm. Apellyasiya və birinci instansiya məhkəmələrində çalışmışam. Azərbaycanın bir sıra təhsil ocaqlarında müəllimliklə məşğul olmuşam. 2008-ci ildən bu günə kimi, Ədliyyə Akademiyasında müəllim kimi fəaliyyət göstəririəm. O cümlədən  Milli Aviasiya Akademisyasında, Biznes Universitetində tədrislə məşğul olmuşam. Banka gəlməyim az öncə qeyd etdiyim kimi, sədrlə individual görüşdən sonra baş tutdu, çünki bu sektor mənə tamailə yad idi. Hesab edirəm ki,əldə etdiyim naliyyətlərdə bankın rəhbərliyinin də kifayət qədər rolu var. Bank fəaliyyətimdə də öz təcrübəmi tətbiq edirəm və müəyyən işlərin aparılmasında öz töhfəmi verirəm.

  • Elmi fəaliyyətinizlə bank işi arasında əlaqəni necə görürsünüz, bir-birinə necə təsir edirlər?

Mən 2006-ci ildən elmi fəaliyyətlə məşqul olmağa başlamışam. Bu sahədə marağım təhsil aldığım Milli Aviasiya Akademiyasında yaranmışdır. Bu ilk öncə təhsil aldığım Akademiyanın rektoru, akademik cənab Arif Mircəlal oğlu Paşayevə dərin təşəkkürümü bildirirəm. Cünki Hörmətli rektorun təhsildə yaratdığı şərait nəticəsində mənim elmə marağım yaranmışdır. Əlavə olaraq Milli Aviasiya Akademiyasının “Hüquqşünaslıq” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor cənab İbrahim Quliyevə təşəkkürümü bildirirəm ki, mənim hüquq üzrə fəlsəfə doktorluğu dissertasimyamda elmi rəhbər olaraq daim diqqətini görmüşəm. Bundan sonraki elmi həyatında olan hörmətli Arif müəllimin, eləcədə İbrahim müəllimin dəstəyini hiss etmişəm. Bütün hallarda bu qayğı və diqqət daim elmi fəaliyyətimdə özünü təzahür etdirib. Bununla yanaşı hüquq elmləri doktorluğunda yolunda göstərdiyi diqqət və qayğı üçün mənim elmi məsləhətçim Azərbaycan Respublikası Ədliyyə Nazirin müavini, hüquq elmləri doktoru, professor cənab Azər Cəfərova dərin təşəkkürümü bildirirəm. Elmlər doktoru elmi dərəcəsinin alınması üçün isə Ukrayna Ali Radasının Qanunvericilik İnstitutunda tədqiqat aparmış və müəssisənin tərkibində yaranmış elmi şurada doktorluq dissertasiyasını müdafiə etmişəm.

  • Bəs mütaliə necə? Hüquqdan əlavə hansı kitabları oxumağı sevirsiniz?

Hüquq ədəbiyyatından başqa , dünya ədəbiyyatını oxumağa bir o qədər vaxt qalmır. Çünki özümüzün kifayət qədər ədəbiyyatımız var və onların mütaliəsi ilə məşğul oluruq. Azərbaycan Respublikasının Prezidentı cənab İlham Əliyevın sərəncamı ilə dünya ədəbiyyatı nümunələri dilimizə tərcümə olunmuşdur ki, mən də vaxtaşırı onların mütaliəsi ilə məşğul oluram. Hər bir azərbaycanlı və eləcə də gənclərə mütaliə etməyi tövsiyə edirəm.

  • Hüququi işlər üzrə müşavir kimi başınıza gələn ən maraqlı hadisəni bizimlə bölüşə bilərsiniz?

Mənim özümçün bankda gəlib işləmək ən maraqlı hadisə idi. Əmək kitabçamdakı digər iş yerlərimə baxdıqda bunu asanlıqla görmək mümkündür. Hüquq sferasının özəlliyi ondadır ki, biz hər gün maraqlı hadisələrlə, fərqli müştəri şikayətləri ilə qarşılaşırıq. Ölkədə hökm sürən sabit iqtisadi və siyasi vəziyyət nəticəsində Nikoil bank da digər qurumlar kimi, öz stabil siyasətini yeridir.

  • Oxuculara çatdırmaq istədiyiniz hər hansı sözünüz varsa, bölüşə bilərsiniz.

Sonda sizə öz təşəkkürümü bildirirəm.  Gənclərə, bütünlükdə elm işçilərinə fəaliyyətlərində uğurlar arzu edirəm.

Biz gənclər olaraq təməli ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquq islahatları, o cümlədən məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı görülən genişmiqyaslı tədbirlər, eləcədə aparılan daxili və xarici siyasəti dəstəkləyirik və bu sahədə daim cənab Prezidentin yanındayıq. Ölkədə həyata keçirilən hüquq islahatları Avropa və dünya müstəvisində müsbət qarşılanır və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et