Zuckerbergə görə, Facebookun gələcəyi e-ticarətdədir | Banco.az

Zuckerbergə görə, Facebookun gələcəyi e-ticarətdədir

Facebook CEO-su Mark Zuckerberg, çərşənbə günü verdiyi açıqlamada Facebook, instagram və WhatsApp'daki alış-veriş və ödəmə xidmətlərinin gələcəkdə böyüməyi hədəfləyən xüsusiyyətlər olduğunu ifadə etdi.

Wall Street proqnozlarının üstünə çıxan 2019-cu ilin ilk rübdəki gəlir hesabatını dərc etdikdən sonra investorlarla danışan Zuckerberg, şirkətin böyüməyə istiqamətlənmiş gələcək planlarını paylaşdı. Bu müsahibədə analitiklər Zuckerberqdən İnstagram və WhatsApp sahibi Facebook-un alış-veriş və ödəmə xüsusiyyətləri barədə suallar verdilər. Zuckerberg, reklam platformasının Facebookun ən çox gəlir gətirən məhsulu olaraq davam edəcəyini, ancaq reklamların e-ticarət və ödəmə xüsusiyyətləriylə dəstəklənməsinin planlaşdırıldığını ifadə etdi. Bu şərhlərə görə şirkət, Facebook, Instagram və Facebook Marketplace üçün e-ticarət yönümlü məhsullar inkişaf etdirməyə davam edəcək. Eyni şəkildə istifadəçilərin bu platformalar üzərindən alış-veriş etməsini təmin edən yeni vasitələrin inkişaf etdirilməsi də gündəmdədir. Digər tərəfdən istifadəçilərin tətbiq daxilindəki alış-verişdə artım görüldükcə markaların da platformada daha çox reklama çıxması ehtimal edilir. Eyni şəkildə e-ticarət və ödəmə mərkəzli xüsusiyyətlərdəki artım ilə birlikdə, Facebook tətbiqinin dəyəri, xüsusilə müştəri təcrübəsi baxımından markaların və kiçik sahibkarların diqqətini çəkə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et