Ziyad Səmədzadə: "Bəzi təşkilatlar təhlillər aparmadan ixtisarlara yol verir" | Banco.az

Ziyad Səmədzadə: "Bəzi təşkilatlar təhlillər aparmadan ixtisarlara yol verir"

"Dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində biz büdcə gəlirlərinin formalaşmasında problemləri aradan qaldırmağa meyllənmişik. Gələcək büdcə gəlirlərimiz birmənalı şəkildə qeyri-neft sektorunun inkişafı ilə əlaqədardır".

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

"Biz son zamanlar sahibkarlığın inkişafına xidmət edən bir sıra qanunlar qəbul etmişik və bir neçəsini qəbul edəcəyik. Bununla yanaşı, sahibkarların fəaliyyətinə müdaxilələrin aradan qaldırılması öz müsbət nəticəsini verir. Ölkə başçısının tapşırığına əsasən, regionlarda inkişaf, yeni iş yerlərinin açılması prosesi sürətləndirilib. Başqa sözlə, neftin kəskin ucuzlaşmasına baxmayaraq, iqtisadi inkişafımız davam edəcək", - deyə Z. Səmədzadə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Z. Səmədzadə qeyd edib ki, bir sıra təşkilatlar təhlillər, iqtisadi araşdırmalar aparmadan ixtisarlar aparırlar: "Azərbaycanda demoqrafik şərait əlverişlidir, əmək ehtiyatları kifayət qədərdir. Artan əmək ehtiyatları müqabilində yeni iş yerləri yaradılmalıdır.

Ən sərfəli krediti almaq üçün müraciət et