“Ziraatbank (Azərbaycan)” Azərbaycan İpoteka Fonduna üzv ola bilər | Banco.az

“Ziraatbank (Azərbaycan)” Azərbaycan İpoteka Fonduna üzv ola bilər

“Ziraatbank (Azərbaycan)” Azərbaycan İpoteka Fonduna (AMF) üzv ola bilər.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bunu “Ziraatbank (Azərbaycan)”ın İdarə Heyətinin sədri Avni Demirci deyib.

Onun sözlərinə görə, bank rəhbərliyi bununla bağlı müəyyən dəyərləndirmələr aparır. “İpoteka Fondu ciddi mənada bizim üçün güclü bir maliyyəmənbəyidir. Əgər ipoteka kreditləri verməyə başlasaq, bu quruma üzv olmalıyıq. Bununla bağlı qiymətləndirmələr aparırıq. Biz bazara təzə daxil olduğumuz üçün bəzi şeyləri hələ təzə-təzə dəyərləndirməyə başlamışıq”, - deyə A. Demirci qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Sahibkarlığa Kömək Milli Fonduna üzv olmağa gəlincə, İdarə Heyətinin sədri bildirib ki, bu məsələ də AMF kimi hal-hazırda gündəmdə deyil. Hər iki fonda üzvlük məsələsi bankın strukturunun tam qurulmasından sonra dəyərləndiriləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et