“Ziraat Bankası” Çindən 600 milyon dollar kredit alacaq | Banco.az

“Ziraat Bankası” Çindən 600 milyon dollar kredit alacaq

Azərbaycanda da törəmə bankı olan Türkiyənin “Ziraat Bankası” Çində yerləşən Dövlət İnkişaf Bankından (China Development Bank) 600 milyon dollar kredit alacaq.

“Marja” xəbər verir ki, iki bank, üç il müddətli kredit üçün razılaşıb və ilk 200 milyon dollarlıq hissə üçün müqavilə imzalanıb.

Ən sərfəli kredit üçün müraciət et

Yerdə qalan 400 milyon dollarlıq iki hissə də 2018-in ilk rübündə istifadə ediləcək.

“Ziraat Bankası”ndan bildiriblər ki, kreditin faizi münasibdir.

Çinin İnkişaf Bankı, İyulda “Türk Eksimbank”a  3 il müddətli 200 milyon dollarlıq kredit vermişdi.

Ən sərfəli krediti almaq üçün müraciət et