Zəif göstərici Fed-in faiz endirimi edəcəyi gözləntisini daha da qüvvətləndirib | Banco.az

Zəif göstərici Fed-in faiz endirimi edəcəyi gözləntisini daha da qüvvətləndirib

Analitiklər 18 Sentyabrdakı Fed iclasında 25 bənd faiz endiriminə qərar veriləcəyini nəzərdə tuturlar

İqtisadçılara görə, ABŞ-da aşağı kənd təsərrüfatı xaric məşğulluq artımı göstəricisi Fed-in bu ay faiz endirimi edəcəyi gözləntisini qətiləşdirib. Ötən həftə ABŞ Əmək Nazirliyinin açıladığı məlumata görə, kənd təsərrüfatı xaric məşğulluq Avqust ayında 130 min artıb. Proqnoz 160 min idi.

"BMO Capital Markets"in iqtisadçısı Sal Guatieri müştərilərinə göndərdiyi bir mesajda "zəif gələn fakt, iki həftə ərzində faiz endirimi gözləntisini daha da gücləndirdi",- qeyd edib.

"Northern Trust"ın iqtisadçısı Carl Tannenbaum faiz endiriminə müxalif olan Fed rəsmilərinin də Avqust ayı məşğulluq göstəricisi ilə faiz endirimi tərəfdarı olacağını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

"Deutsche Bank"ın iqtisadçısı Matt Luzzetti məşğulluq göstəricisinin Fed sədri Pauellin Jackson Hole-da verdiyi sözə sadiq qalacağını təsdiq edən xüsusiyyətdə olduğunu bildirib. Pauell Jackson Hole-dakı çıxışında yumuşalma meylində olduqlarını, ticarət müharibələri nəticəsində yaranan pisləşmədən narahat olduqlarını demişdi. Luzzetti, "sentyabrdakı faiz endirimi yəqin ki, sonuncu da olmayacaq" ifadəsini istifadə edib.

Bazarlar Sentyabrda 25 bənd, il sonuna qədər də 25 bəndlik cəmi iki faiz endirimi gözləyir.

Fed sədri Jerome Pauell ötən həftənin cümə günü Sürixdə etdiyi çıxışında iqtisadi artımı davam etdirmək üçün uyğun siyasət aparacaqlarını bildirmişdi.

Fed-in növbəti iclası 17 - 18 Sentyabrda baş tutacaq.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et