Zcash istehsalında Çernobıl nüvə tullantılarından istifadə ediblər | Banco.az

Zcash istehsalında Çernobıl nüvə tullantılarından istifadə ediblər

Gizliliyinə diqqət yetirən kriptovalyuta olan Zcash-ın tərtibatçıları şəbəkənin son gizlilik öhdəliyində Çernobıl nüvə tullantılarından istifadə ediblər.

Təsisçilərdən Rayan Pirs və Andre Miller keçən həftə keçirilən “Powers of Tau” mərasimində nüvə tullantıları istifadə edərək təsadüfi rəqəmlər ortaya çıxarıblar.
“Powers of Tau” kriptoqrafik zəhərli tullantıların istehsalı və təhlükəsiz istifadəsi ilə bağlıdır. Bəs, real radioaktiv zəhərli tullantılarla entropi (real sistem şəraitsizliyi) yaratmaq üçün bir yol varmı?”

Gizliliyi təmin etmək üçün əməliyyatlar İllinoys və Viskonsində hava sahəsindəki kiçik bir fərdi təyyarədə dəniz səviyyəsindən 3000 metr yüksəklikdə keçirildi. Andre Miller lazımi məlumatların siyahısını hazırladı.

Miller radioaktiv qrafitin aşağı səviyyəli qamma və beta radiasiyasının mənbəyi kimi hərəkət etdiyini söyləyib. Qrafit 1986-cı ildə Çernobıl fəlakətində partlayan nüvə zavodunun mərkəzindən gətirilmişdi. Sayı generatoruna qoşulmuş “Geiger” borusu ilə radioaktiv zərbələr rəqəmlərlə ifadə olundu və daha sonra kodu daxil edildi.

Miller “Entropiyanın mənbəyi “Geiger” borusunu və radioaktiv mənbədən istifadə edən Rayan Pirs tərəfindən konfiqurasiya edilən və proqramlaşdırılmış təchizatlı bir istehsalçı tərəfindən təmin edilir”, – deyə bildirib.

Millerin sözlərinə görə, qrafit heç bir sağlamlıq riski daşımayan bütün ərazi dəyərlərindən aşağıda radiasiya yayıb. Əslində, yayılmış radiasiyanın miqdarı insanların dünyada sahip olduğu arxa plan radiasiya səviyyəsinin sadəcə bir hissəsidir.

Təyyarədəki tərtibatçılar proses zamanı pis niyyətli insanların istifadə etməmələri üçün bəzi ciddi tədbirlər həyata keçirib. Pirs və Miller radioaktiv mənbənin təsadüfi titrəmə istehsal etdiyinə əmin olmaq üçün data kollektoruna batareya quraşdırıblar. Bu tədbirlər həmçinin kod yaratmaq üçün istifadə edilən bütün kompüterləri və proqramları əməliyyatdan sonra məhv etməyi də əhatə edir.

Son olaraq nəzəriyyədə Zcash yaratmaq üçün tamamilə təsadüfi və xüsusi bir kod tələb olunur.

Bunlar da maraqlıdır:

Ən sərfəli kredit üçün müraciət et

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et