Zamana qənaət etmək üçün 7 İPUCU | Banco.az

Zamana qənaət etmək üçün 7 İPUCU

Gün hamımız üçün 24 saatdır. Önəmli olan isə onu necə istifadə etdiyimizdir. Ətrafa baxdıqda "insanlar çox sayda işi bir günə necə sığdırır?" deyə düşünə bilərsiniz. Çox güman ki, günü və zamanı idarə etməyi yaxşı bilirlər. Siz də onlar kimi bir günə daha çox iş sığdırmaq istəyirsinizsə, zaman planlarınızı gözdən keçirməyin zamanı gəlib. Budur, sizə zamanı daha yaxşı istifadə etmək üçün bəzi ipucları:

1. Vacib planlarınıza üstünlük verin:

Zamanınızı daha yaxşı idarə etmək üçün plan qurmağa sizin üçün önəmli olan fəaliyyətlərdən başlayın. Onları planlayıb həyata keçirdikdən sonra daha önəmsiz mövzulara vaxt ayıra bilərsiniz. Sizin üçün önəmli olan işləri gördükdən sonra zamanınızı daha yaxşı idarə etdiyinizi hiss edəcəksiniz.

2. Hərəkət planı qurun:

Sizin üçün önəmli olan layihələrdə addımlarınızı əvvəldən müəyyənləşdirin. Zamandan və əməkdən qənaət etmək üçün bu addımları əvvəlcədən planlanmaq və əməl etmək önəmlidir.

3. Təqvimlərinizi birləşdirin:

Kompyuterinizdə, mobil telefonunuzda və evinizdə istifadə etdiyiniz təqvimlər ola bilər. Əlinizin altında bütün təqvimlərdə eyni məlumatı qeyd edin. Hətta istifadə etdiyiniz təqvim sayını birə endirin.

4. Özünüzü sorğu-sual edin:

Ən sərfəli kredit üçün müraciət et

Özünüzü sorğu-sual edərək öz inkişafınızı təmin edin. Günlük, həftəlik və ya aylıq olaraq etdiklərinizi qeyd edin. Ən çox hansı işə vaxt ayırdığınızı, nə qədər müddəti boşa keçirdiyinizi asanlıqla müəyyənləşdirəcəksiniz. Nəticədə bir sonrakı zaman planınızı bunlara görə formalaşdıra, daha faydalı ola bilərsiniz.

5. Yazaraq düşünün:

Yazmaq ağlınızda sizə böyük gələn problemləri gözünüzdə kiçildir, onları görünən edər. Yazaraq düşünmək daha təsirli qərarlar qəbul etməyinizə, daha asan həll yolu tapmağınıza kömək edəcəkdir.  Yazaraq düşünülənlər, tapılan yollar sizə zaman qazandıracaqdır.

6. Zaman oğrularını həyatınızdan çıxarın:

Gündəlik həyatınızda zaman oğrularından uzaq durmağa çalışın. Məsələn, sosial şəbəkələrdən, lazımsız elektronik maillərdən, oyunlarla çox vaxt sərf etməyin.

7. Ara verin:

Daha yaxşı diqqətinizi toplamaq üçün özünüzə kiçik fasilələr verin. Bu fasilələr sizi etdiyiniz işdən uzaqlaşdıracaq və daha rahat diqqət ayırmağınıza kömək edəcək. Bu formada diqqət dağıınıqlığından yaranan zaman itkisinin qarşısını alacaqsınız.

Uğurlar!

Ən sərfəli krediti almaq üçün müraciət et