Zaman - haqqında aforizmlər | Banco.az

Zaman - haqqında aforizmlər

  1. Vaxt öldürmək ən bahalı əyləncədir.   (Onore de Balzak:Fransız yazıçısı)
  2. Dünənlə bu gün arasında savaş olarsa,sabahı itirərik.   (Uinston Çörçill:İngiltərə dövlət,siyasi və xərbi xadimi)
  3. Zaman bir daha gəlməmək şərti ilə gedir.   (Lao Tszi:Çin mütəfəkkiri)
  4. Boş zaman yoxdur,boş keçən zaman var.   (Naməlum)
  5. Zaman səssiz bir mişardır.   (İmmanuil Kant:Alman filosofu)
  6. Dünən tarixdir,sabah bilinməyəndir,bu gün isə hədiyyədir.   (Franklin Ruzvelt:ABŞ-ın 32-ci prezidenti)
  7. Ən ağır itkilərdən biri zaman itkisidir.   (Corc Lui Buffon:Fransız təbiətşünası)
  8. Dünənki günəşlə bugünkü paltarları qurutmaq olmaz.   (Naməlum)
  9. Zaman ən yaxşı müəllimdir,təəssüf ki,o öz şagirdlərini öldürür.   (Hektor  Berlioz:Fransız bəstəkarı)
  10. Kainat bir beşik, zaman isə onun ipidir.   ("Füyuzat" jurnalından)
  11. Əgər həyatı sevirsənsə,zamanı öldürmə,çünki həyat zamana bağlıdır.   (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)
  12. İnsan zamanın jçində deyil,zaman insanın içində yaşayır.  

    Ən sərfəli kredit üçün müraciət et

    (Henri Berqson:Fransız filosofu)
  13. Zaman nə çıxar,nə də bölər.Lakin elə bir şəkildə toplayar ki,vurma belə onun yanında heç qalar.   (Bob Talbert:Amerika jurnalisti)
  14. Bir həkimin bir saatda etdiyi bir əməliyyatı xəstə illərlə anladar.   (Naməlum)
  15. Zaman həyatın vicdanıdır;itirilmiş zaman adamı itirilmiş vicdandan daha çox təşvişə salmalıdır.  (Yusif Vəzir Çəmənzəminli:Azərbaycan yazıçısı)
  16. Təqvim özü də son payız çağında üşüm-üşüm üşüyən ağacdır:gündə bir sarı yarpaq salır.   (Elçin Əfəndiyev:Azərbaycan yazıçısı)
  17. Zaman üçün qüsur tapa bilərik,ancaq zaman danışarsa,utanmaq məcburiyyətində qalarıq.   (Abdullah ibn Muhəmməd:İslam alimi)
  18. Vaxtdan istifadə edə bilməyən adam həmişə onun yel kimi uçmasından gileylənir.   (Jan Labrüer:Fransız yazıçısı və filosofu)
  19. Vaxt-zaman bütün yaraları sağaldır.   (Menandr:Qədim yunan dramaturqu və şairi)
  20. Vaxtı itirməyin ən bariz nümunəsi telefon söhbətləridir.   (Anri de Monterlan:Fransız yazıçısı)
  21. Təxirə salmaq vaxtı oğurlamaqdır.   (Tomas Yunq:İngilis fizioloqu və təbiətşünası)
  22. Həyata yenidən başlasaydım,saniyələrin nəbzini tutardım.   (Fyodor Mixayloviç Dostoyevski:Rus yazıçısı)
  23. Zaman heç itmir,itən bizik.   (Pol Klodel:Fransız şairi,dramaturqu və diplomatı)
  24. Sevgililərim,bir şeyi unutmayın ki,Rəbbin gözündə bir gün min il,min il də bir gün kimidir.   (İncil)

Ən sərfəli krediti almaq üçün müraciət et