Yüzə yaxın ünvanda çoxmənzilli yaşayış binalarının istismarına icazə verilib | Banco.az

Yüzə yaxın ünvanda çoxmənzilli yaşayış binalarının istismarına icazə verilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Prezident İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" 19 fevral 2019-cu il tarixli fərmanın icrası ilə əlaqədar indiyə qədər 96 ünvanda çoxmənzilli yaşayış binalarının istismarına icazə verib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatında deyilir ki, bu binalarda ümumilikdə 17.727 mənzil var. "Təkcə son 15 gün ərzində 36 ünvanda çoxmənzilli yaşayış binasının istismarına icazə verilib", - Komitədən bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et