Yunanıstanda vergi yükünün azaldılacağı gözlənilir | Banco.az

Yunanıstanda vergi yükünün azaldılacağı gözlənilir

Yunanıstanın Baş naziri Aleksis Çipras dərin iqtisadi böhrandan sonra ölkənin iqtisadi vəziyyətinin yaxşılaşması, iqtisadiyyatda sabitlik yaranması ilə əlaqədar vergi yükünün azaldılacağını bəyan edib. İctimai iaşə və ərzaq müəssisələrindən tutulan əlavə dəyər vergisinin (ƏDV) dərəcəsi 24 faizdən 13 faizə endiriləcək, təbii qaz və elektrik enerjisi üzrə ƏDV dərəcəsi 13 faizdən 6 faizə, tibbi avadanlıqlar və dərman preparatları üzrə ƏDV dərəcəsi isə 13 faizdən 11 faizə salınacaq. Bundan əlavə, Yunanıstanda 13-cü təqaüdün bərpa ediləcəyi və "həmrəylik vergisi"nin ləğv olunacağı da gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Nəzərdə tutulan dəyişikliklərlə əlaqədar Baş nazir A.Çipras deyib: "Tədbirlər paketi Yunanıstan iqtisadiyyatının artmasına şərait yaratmaqla bərabər, həm də əhalinin əksəriyyətinin iqtisadi artımın faydasını hiss etməsinə imkan verəcək".

Qeyd edək ki, ölkədə vergilər 2015-ci ildə iqtisadi böhran zamanı artırılmışdı.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et