Yunanıstan rəhbərliyi vergilərin azaldılacağını vəd edib | Banco.az

Yunanıstan rəhbərliyi vergilərin azaldılacağını vəd edib

Baş nazir ölkənin üzləşdiyi dərin iqtisadi böhrandan və borclanmalardan sonra qənaət tədbirlərinin yumşaldılacağını və vergi dərəcələrinin azaldılacağını bəyan edib. O, həyata keçirəcəkləri islahatlarla ölkəsinin Avropa kreditorlarının etibarını qazanacağını bildirib.

K.Miçotakis dövlət borclarının yüksək olması səbəbindən kreditorlar tərəfindən qoyulan büdcə hədəflərinin aşağı salınacağına ümidvar olduğunu qeyd edərək deyib: "Pozitiv nəticələrimizdən istifadə edərək daha real illik büdcə artığı hədəfini qarşıya qoya bilərik. Bu hədəfə çatmaq üçün lazım olan beynəlxalq atmosfer formalaşmağa başlayıb". O, mənfəət və korporativ vergilərin dərəcələrinin mərhələli şəkildə azaldılacağını vəd edib: "2020 ildə korporativ vergilərin dərəcəsini 28 faizdən 24-ə, mənfəət payını isə 10 faizdən 5 faizə endirəcəyik".

Ən sərfəli kredit üçün müraciət et

İnşaat sektorunu inkişaf etdirmək məqsədilə bu sahədə vergi endirimlərinin olacağını bidirən Baş nazir vurğulayıb ki, təqaüdlər artırılacaq və sosial yığımlarda endirim olacaq.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et