Yüksək vergi ödəmək istəyən milyarderlər | Banco.az

Yüksək vergi ödəmək istəyən milyarderlər

Son zamanlar ABŞ-da “Milyarder sinfi mövcud olmalıdırmı?” sualı ətrafında müzakirələr get-gedə artır. Bir sıra milyarderlər də bildirib ki, daha çox vergi ödəməlidirlər. Onların arasında Bill Qeyts, Uorren Baffet, Corc Soros da var.

ABŞ-da marjinal vergi dərəcəsi 70%, daşınmaz əmlak vergisi isə 77%-dir. 1 milyard dollardan çox sərvəti olan şəxslər hər dollara görə əlavə 3% də vergi ödəyir. Ancaq bəzi milyarderlər daha çox ödəməyə hazırdır. Artıq on iki milyarder ictimai çıxış zamanı bildirib ki, super varlı amerikalılar daha yüksək vergi ödəməlidirlər. 

Xüsusilə, “Salesforce” şirkətinin sədri və qurucusu Mark Benioff müəllif məqaləsi paylaşaraq xalqı varlı vətəndaşların üzərinə yüksək vergilər qoyulması barədə düşünməyə səsləyib. Forbesin 400 ən varlı amerikalı siyahısında 93-cü yeri tutan kaliforniyalı biznesmen yazıb ki, “yüksək gəlirli insanlara, o cümlədən mənə tətbiq olunan vergitutma imkan verəcək ki, trilyon dollarlarla vəsait toplansın. Bu vəsait təhsil sferası və sağlamlığın mühafizəsinin təkmilləşdirilməsi və iqlim dəyişiklikləri ilə mübarizə üçün çox zəruridir. 

Həmçinin oxu: Uorren Baffet ünsiyyət bacarıqlarının maddi gəlirlərə təsirindən danışıb 

Bill Qeyts və Uorren Baffet ən zəngin daşınmaz vergi tərəfdarlarıdır. Onlar artıq vəfat etmiş varlıların da aktivlərindən vergi tutulmasını planlaşdırırlar. Baffet artıq uzun illərdir ki, yüksək vergilər qoyulması məqsədilə çıxışlar edir. O, 2017-ci ildə CNBC telekanalının efirində bildirmişdir ki, daşınmaz əmlak vergilərinin gözlənilən ləğvi dəhşətli səhvdir. Fevralda Bill Qeyts özünü “daha yüksək daşınmaz əmlak vergilərinin ən əsas tərəfdarı” adlandırıb. Bill Qeyts iddia edir ki, Amerika sakinlərinin altıda bir hissəsi pis həyat şəraitində yaşayır və yüksək vergilər sayəsində bu vəziyyəti düzəltmək mümkün olacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Lakin 600-dən çox amerikalı milyarderin yalnız kiçik bir hissəsi artan vergi yükünün tərəfdarıdır. Bu qərarın əksini tələb edənlər də az deyil. Məsələn, investor Karl Aykan öz holdinqini Nyu-Yorkdan vergilərin daha aşağı olduğu Floridaya köçürür. Hələ 2015-ci ildə hec-fondların (hedge) sahibkarı və meneceri Devid Tepper Nyu-Cersidən Floridaya “emmiqrasiya edib”. Bəzi biznesmenlər, məsələn texnologiya maqnatı Maykl Dell yüksək vergilərin əlayhinə çıxış edir. Onlar sərvətlərini xeyriyyə təşkilatları vasitəsilə bölüşdürməyi təklif edirlər. 

Mark Zükerberq bir neçə həftə əvvəl onlayn yayım zamanı tamaşaçıların suallarına cavab verərkən etiraf edib: “Yəqin, heç kəs bir milyard dollara sahib olmağa layiq deyil. Bu, ədalətsizlikdir, lakin vəziyyətin bu cür olması, bəlkə də, digər alternativdən daha yaxşıdır. Yəni hökumətin hər şeyin maliyyələşdirilməsinə nəzarət etməsindən”. 

Həmçinin oxu: Mark Zükerberq: “Heç kəs milyarder olmağa layiq deyil” 

Amerikalılar arasında vergilər mövzusunda həmrəylik yoxdur. “Pew Research Center”in keçirdiyi sorğu göstərib ki, demokratların 79%-i mövcud vergi sistemini təsdiqləmir, respublikaçıların 71%-i isə təsdiq edir. 

Ən zəngin insanların siyahısında 2-ci yeri turan Bill Qeyts “Forbes”ə müsahibəsində deyib: “Mən hesab edirəm ki, daşınmaz əmlak vergisi olmalıdır və hətta bu günkündən də yüksək tətbiq edilməlidir”. Ancaq o, senator və ABŞ prezidentliyinə namizəd Berni Sandersin “ümumiyyətlə, milyarderlər olmamalıdır” fikrini rədd etdi: “Qorxuram ki, belə bir şey həyata keçirilsə, bir çox əskikliklər bundan gələn faydanı kölgə altına sala bilər”. 

Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et