Yuanın rəsmi məzənnəsi 11 ildə ilk dəfə 7-nin üzərində müəyyən edildi | Banco.az

Yuanın rəsmi məzənnəsi 11 ildə ilk dəfə 7-nin üzərində müəyyən edildi

Çin Mərkəzi Bankı (PBOC) yuanın gündəlik istinad məzənnəsini (yuan fiksasiyası) 2008-ci ildən bəri ilk dəfə 7 səviyyəsinin üzərində müəyyən edib.

PBOC dollar qarşısında gündəlik istinad məzənnəsini Cümə axşamı günü 7.0039 səviyyəsində təyin edib (1 dollar = 7.0039 yuan). Bank, yuan fiksasiyasını 2008-ci ildən bəri ilk dəfə 7 səviyyəsinin üzərində müəyyən edib.  

Çin xaricində əməliyyat olunan yuan dollar qarşısında 08:18-də 0.22 mənfidə 7.0701-dən əməliyyat olunub. 

PBOC bu həftənin əvvəlindən gündəlik istinad məzənnəsini zəif səviyyələrdə  müəyyən edir. Mərkəzi Bankın bu siyasəti yuanın ucuzlaşmasına səbəb olur. Eyni zamanda, qlobal məzənnə müharibəsi narahatlıqlarını da artırıb. Qlobal bazarlar, Bankın elan etdiyi istinad məzənnəsini yaxından izləyir.

Ən sərfəli kredit üçün müraciət et

Ötən həftə ABŞ Prezidenti Donald Tramp  Sentyabr ayından etibarən 300 milyard dollarlıq Çin məhsullarına əlavə 10% vergi tətbiq edəcəyini açıqladıqdan sonra, Çin milli valyutası yuanın ucuzlaşmasına icazə verib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et