YouTube reklamverənlər və bloggerlər üçün yenilik etdi | Banco.az

YouTube reklamverənlər və bloggerlər üçün yenilik etdi

“Google”, “YouTube”da yeni funksiyanı işə saldı. İndi blogger və reklamverənlər artırılmış reallıq (AR) və 3D-nin köməyi ilə tamaşaçılarına qarşılıqlı təsir edə biləcək.

Bu haqda şirkətin rəsmi bloqunda məlumat yayılıb.

Məlumatda bildirilir ki, bir çoxları alışdan öncə, yeni məhsulu seçmək üçün “YouTube”a baş çəkirlər. Markalar məhsullarının tanıtımı üçün bloggerlərlə uzun və sıx əməkdaşlıq edirlər. İndi onlar daha fərdiləşdirilmiş olacaq və AR vasitəsilə təqdim ediləcək.

Videohostinq kosmetika firması “MAC”lə “AR Beauty Try-On” kampaniyasını reallaşdırmağa başlayıb. “YouTube”un yeni xidməti makiyajı test etməyinizə kömək olacaq.

Ən sərfəli kredit üçün müraciət et

“AR Beauty Try-On”un Alfa-versiyası “FameBit” vasitəsilə “Google”un şəxsi məzmun platforması “YouTube”da əlçatandır. İlin əvvəlində “YouTube” bu funksiyanı test etmişdi və bildirmişdi ki, 30% tamaşaçı iOS tətbiqləri üçün AR-dən istifadə edib. Onlar 80 saniyə içində dodaq boyasını test edə bilirdilər.

Daha bir yenilik isə - “Swirl”di. Yenilik bu və digər məhsulun üçölçülü təsvirini təqdim etməyə kömək olur. “Swirl” yalnız Display və Video 360 ilə əlçatandır.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç