Yerli filial açmaq üçün xarici banklara qoyulan tələblər hansılardır? | Banco.az

Yerli filial açmaq üçün xarici banklara qoyulan tələblər hansılardır?

Xarici bankların yerli filiallarının lisenziyalaşdırılması

Milli Bankın verdiyi bank lisenziyası olmadan heç bir xarici bank Azərbaycan Respublikasında filiallar aça bilməz.

Xarici bankın yerli filialının açılmasına bank lisenziyasının alınması üçün müraciətlərə baxılması iki mərhələdən ibarətdir:

  1. bank lisenziyası almaq üçün ilkin müraciətin edilməsi və ona baxılması (birinci mərhələ) və
  2. övlət qeydiyyatına alındıqdan sonra bank lisenziyası almaq üçün yekun müraciətin edilməsi və ona baxılması (ikinci mərhələ).

Xarici bank tərəfindən Azərbaycan Respublikasında filial açılmasına dair ilkin müraciətə qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış aşağıdakı sənədlər əlavə edilir:

  • bankın nizamnaməsi və filialın yaradılması barədə səlahiyyətli idarəetmə orqanının qərarının surəti;
  • bankın mühüm iştirak paylarına malik olan sahiblərinin payı göstərilməklə siyahısı;
  • əgər bank şirkətlər qrupuna daxildirsə, həmin qrup haqqında məlumat, o cümlədən qrupa daxil olan digər təşkilatlarda mühüm iştirak payına malik şəxslər, bu şəxslərin inzibatçıları haqda məlumatlar;
  • təsisçi bank tərəfindən filiala ayrılmış, kapitala bərabər tutulmuş vəsaitin miqdarı haqqında məlumat;
  • bankın ən azı son üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;
  • filialın əsasnaməsi. Əsasnamədə filialın fəaliyyəti ilə bağlı digər məlumatlarla yanaşı bank fəaliyyəti növləri, bank tərəfindən filial üzərində nəzarətin həyata keçirilməsi və ləğv edilməsi qaydası göstərilməlidir;
  • ilialın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilati strukturunu, o cümlədən daxili nəzarət sistemini, habelə filialın işinin ilk üç ili üçün maliyyə proqnozlarmı (balans, mənfəət və zərər haqqında hesabat) müəyyənləşdirən biznes-planı;
  • filialın öhdəlikləri üçün bankın məsuliyyət götürməsini təsdiq edən sənəd;
  • filiala təyin edilməsi təklif edilən inzibatçıların siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, tərəflərindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;
  • İnzibatçı əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
  • ilkin müraciətə baxılması üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən bank sənədi.

Milli Bank bank lisenziyası almaq üçün ilkin müraciəti rədd etdikdə, öz qərarında bunun səbəblərini göstərməlidir. İlkin müraciət rədd edildikdə bank lisenziyasının alınması üçün müraciət Milli Banka təkrarən təqdim edildikdə, ona yeni müraciət kimi baxılır. Milli Bank bank lisenziyası alınması üçün ilkin müraciətə müsbət baxdıqda, ilkin nizamnamə kapitalının minimum miqdarının köçürülməsi üçün öz balansında həmin bankın müraciəti ilə onun adına hesab açır. 

Ən sərfəli kredit üçün müraciət et

Təsis edilən bank ilkin müraciətinin müsbət baxılması haqqında qərarın qəbul olunduğu gündən 180 təqvim günü müddətində ilkin nizamnamə kapitalının minimum miqdarını ödəməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsi və ona müvafiq olaraq qəbul edilmiş digər qanunvericilik aktlarına uyğun dövlət qeydiyyatından keçməlidir. Bu müddət ərzində təsis edilən bank korporativ idarəetmə sistemlərini təşkil etməli (bu Qanunun tələblərinə uyğun idarəetmə orqanlarını yaratmalı, təşkilati strukturu formalaşdırmalı, informasiya texnologiya sistemini tətbiq etməyə hazır olmalı, mühasibat uçotu və hesabatı siyasətini müəyyən etməli, reqlament hazırlamalı, müvafiq rəhbər və minimum işçi heyəti müəyyən etməli), texniki-təchizat və təhlükəsizlik tədbirlərini tamamlamalıdır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et