Yeni iş yerləri açılacaq | Banco.az

Yeni iş yerləri açılacaq

Əmircan qəsəbəsində keçirilmiş sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 28 sahibkarlıq subyektinə 9,9 milyon manat kredit verilib.

İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verilən xəbərə görə, verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, zəfərançılıq, istixana təsərrüfatının yaradılması, çörək, un və un məmulatları, konserv məhsulları, beton istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 160-dan çox yeni iş yeri açılacaq.

Suraxanı rayonunda keçirilmiş işgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında həyata keçirilməsi prioritet hesab olunan investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.

Tədbir çərçivəsində həmçinin, Xəzər rayonunun Zirə qəsəbəsində güzəştli kredit hesabına tikilən müasir istixana kompleksinə baxış keçirilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində ölkə üzrə 4018 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 202,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 9000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

“Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 877 investisiya layihəsinin maliyyələşdirilməsinə 197,3 milyon manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər hesabına investisiya layihələrinin reallaşdırılması nəticəsində 6200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur”.

Ən sərfəli kredit üçün müraciət et

Gün.Az

Ən sərfəli krediti almaq üçün müraciət et