Yeni ili ən az xərclə hansı ölkədə qarşılaya bilərsiniz? - ARAŞDIRMA | Banco.az

Yeni ili ən az xərclə hansı ölkədə qarşılaya bilərsiniz? - ARAŞDIRMA

Yeni ili ölkə xaricində qarşılamaq istəyənlər üçün müxtəlif şirkətlərin təklif etdiyi tur paketləri araşdırılıb.

Belə ki, bir sıra tur şirkətlərinin İstanbul, Praqa, Vyana, Roma, Moskva, Milan, Paris və s. şəhərlərə səyahət təklifləri araşdırmada yer alıb. Bu turlar arasında ən sərfəli qiymət isə şəhərin adı qarşısında qeyd olunub.

Siyahı ilə tanış ola bilərsiniz:

Gürcüstan - 162 AZN

Yeni ili xaricdə qarşılamaq istəyənlər üçün ən ucuz TURLAR

“Granit AS Travel”in Bakuriani – Mtsxeta – Tbilisi turu 30 dekabr - 3 yanvar tarixlərini əhatə edir və 168 AZN (99 USD) qiyməti ilə təklif olunur.

"NZ Travel Club" Tbilis-Mtsxeta-Qori-Bakuriani turu 30 dekabr - 3 yanvar tarixlərini əhatə edir və qiyməti 340 AZN-dir (200 USD).

"Dream Travel Agency"nin Tbilis-Bakuriani-Mtsxeta-Qori turu isə 30 dekabr-2 yanvar tarixlərində 162 AZN-ə (95 USD) təşkil olunacaq.

“Tourgood Travel” Tbilisi-Mtsxeta-Qori-Bakurani turu 30 dekabr - 3 yanvar tarixlərində 187 AZN (110 USD) qiymətli ilə təşkil olunacaq.

"SəyyahAz" ilə 29 dekabr - 2 yanvar tarixlərində Tbilis-Mtsxeta-Bakuriani turunu 168 AZN-ə (99 USD) əldə edə bilərsiniz.

İstanbul - 338 AZN

Bu Yeni ili dünyanın ən qədim şəhərlərindən biri olan İstanbulda qeyd edə bilərsiniz.

Granit AS Travel” şirkəti İstanbula bir neçə tur paketləri təklif edir. Onlardan ən ucuzu 678 AZN-dən (399 USD) başlayır. Tur 29 dekabr 2018 - 02 yanvar 2019 tarixlərini (4 gecə, 5 gün) əhatə edir.

"NZ Travel Club" tərəfindən təşkil olunan tur isə 29 dekabr və 2 yanvar tarixlərini əhatə edir və turun qiyməti 787 AZN-dən (424 USD) başlayır.

"Interexpert Travel" 29 dekabr - 2 yanvar, tarixlərini əhalə edir və 787 AZN-dən (463 USD) başlayır.

“AvaTour” 30 dekabr - 2 yanvar tarixlərini əhatə edir və qiymətlər 655 AZN-dən (385 USD) başlayır.

“LN Travel” 30 dekabr - 2 yanvar tarixlərindədir, turun qiyməti 670 AZN-dən (394 USD) başlayır.

Granit AS Travel həmçinin, İstanbula 28 dekabr 2018 - 03 yanvar tarixlərini əhatə edən avtobus turu təşkil edir və qiymət 338 AZN-dir (199 USD).

"SəyyahAz" ilə 31 dekabr - 3 yanvar tarixlərini əhatə edən İstanbul turunun qiyməti 589 AZN (344 USD) təşkil edir.

 

Moskva - 372 AZN

Yeni ili xaricdə qarşılamaq istəyənlər üçün ən ucuz TURLAR

“Granit AS Travel” Moskva şəhərinə avtobus turu təklif edir. Tur 28 dekabr - 3 yanvar tarixlərini əhatə edir, qiymət isə 372 AZN-dir (219 USD).

"NZ Travel Club" 6 gecə-7 günlük tur təklif edir ki, turun başlama tarixini özünüz seçə bilirsiniz. Qiymət isə 831 AZN-dir (430 EUR).

"Interexpert Travel" tərəfindən təşkil olunan tur 31 dekabr - 2 yanvar tarixlərini əhatə edir və qiyməti 780 AZN (459 USD) təşkil edir.

"Jeluxe Travel" tərəfindən 31 dekabr - 2 yanvar tarixlərində keçiriləcək Moskva turunun qiyməti 815 AZN-dir.

 

Bursa - 417 AZN

“LN Travel”ın Uludağ turu 29 dekabr – 3 yanvar tarixlərini əhatə edir və qiymət 417 AZN-dən (245 USD) başlayır.

“Harmony Tour” Uludağ turu 29 dekabr - 3 yanvar tarixlərində olacaq ki, qiymət də 451 AZN (265 USD) təşkil edir.

 

London - 570 AZN

Yeni ili xaricdə qarşılamaq istəyənlər üçün ən ucuz TURLAR

"NZ Travel Club" 27 dekabr - 3 yanvar, 735 AZN-dən (380 EUR) başlayan qiymətlər.

“LN Travel” 30 dekabr - 3 yanvar, 570 AZN (295 EUR)

 

Şarm Əl Şeyx - 575 AZN

“Granit AS Travel” Şirkəti Dubaya bir neçə tur paketləri təklif edir. Bunlardan ən ucuzu isə 27 dekabr - 3 yanvar tarixlərini əhatə edir və 1406 AZN (827 USD) qiymətə təklif olunur.

"NZ Travel Club" 6 gecə 7 gün davam edən turun qiyməti 575 AZN-dən (338 USD) başlayır və yeni ildən bir qədər əvvəl - 23 dekabr tarixindən başlayır.

“AvaTour”un 29 dekabr - 6 yanvar tarixlərini əhatə edən turun qiyməti 857 AZN-dir (504 USD).

“AldeTour” tərəfindən 27 dekabr - 3 yanvar tarixıərində təşkil olunan turun qiyməti 1411 AZN-dən (830 USD) başlayır.

 

Milan - 628 AZN

Yeni ili xaricdə qarşılamaq istəyənlər üçün ən ucuz TURLAR

"NZ Travel Club" 28 dekabr - 2 yanvar tarixlərində 964 AZN-dən (499 EUR) başlayan qiymətlərlə.

“LN Travel” 28 dekabr - 2 yanvar, 628 AZN (325 EUR)

 

Almaniyanın müxtəlif şəhərləri - 661 AZN

Yeni ili xaricdə qarşılamaq istəyənlər üçün ən ucuz turlar - ARAŞDIRMA

"Jeluxe Travel" Almaniyanın Münhen, Dortmund, Berlin şəhərlərinə turlar təklif edir. Münhen turu 29 dekabr - 1 yanvar tarixlərini əhatə edir və turun qiyməti 704 AZN (414 USD) təşkil edir. Dortmund turu 28 dekabr - 2 yanvar, 745 AZN (438 USD); Berlin turu 30 dekabr - 2 yanvar 661 AZN (389 USD).

 

Kiyev - 713 AZN

Ən sərfəli kredit üçün müraciət et

Yeni ili xaricdə qarşılamaq istəyənlər üçün ən ucuz TURLAR

"Omega Tourism" 30 dekabr - 3 yanvar, 873 AZN-dən (513 USD) başlayan qiymətlərlə.

“LNTravel” 26 dekabr - 2 yanvar, 713 AZN-dən (419 USD) başlayan

 

Dubay - 840 AZN

Granit AS Travel” Şirkəti Dubaya bir neçə tur paketləri təklif edir. Sözügedən turlar arasında ən ucuzu 840 manatdır (494 USD) və 30 dekabr - 2 yanvar tarixlərini əhatə edir.

"NZ Travel Club" 29 dekabr tarixindən 4 gecə 5 günlük tur təklif edir ki, qiymət 1034 manat (608 USD) təşkil edir.

“LN Travel” tərəfindən 30 dekabr - 2 yanvar tarixlərini əhatə edən turun qiyməti 1309 manatdır (770 USD).

“Harmony Tour ilə 31 dekabr - 4 yanvar tarixlərini əhatə edən turun qiyməti 2159 manatdır (1270 USD).

"SəyyahAz" ilə 28 dekabr - 2 yanvar tarixlərini əhatə edən tur paketini 1435 AZN-ə (844 USD) əldə edə bilərsiniz.

 

Paris - 850 AZN

Yeni ili xaricdə qarşılamaq istəyənlər üçün ən ucuz TURLAR

"NZ Travel Club" tərəfindən 29 dekabr - 5 yanvar tarixlərini əhatə edən turun qiyməti 1540 AZN (797 EUR) təşkil edir.

"Tourist Baku" tərəfindən 30 dekabr - 2 yanvarda təşkil olunacaq turun qiyməti 1292 AZN-dir (760 USD).

“LN Travel” 28 dekabr - 2 yanvarı əhatə edən turun qiyməti 850 AZN-dir (440 EUR).

“Granit AS Travel” tərəfindən təklif olunan Fransa-Belçika-Niderland turu 30 dekabr - 6 yanvar tarixlərini əhatə edir və qiyməti 1913 AZN (990 EUR) təşkil edir.

"NZ Travel Club"ın təklif etdiyi Fransa-Belçika-Niderland turunun qiyməti isə 1930 AZN-dən (999 EUR) başlayır və 30 dekabr - 6 yanvar tarixlərini əhatə edir.

 

Sankt-Peterburq - 883 AZN

Yeni ili xaricdə qarşılamaq istəyənlər üçün ən ucuz TURLAR

“Granit AS Travel”in 30 dekabr - 6 yanvar tarixlərini əhatə edən turunun qiyməti 883 AZN-dən (457 EUR) başlayır.

“Harmony Tour” tərəfindən təşkil olunan turun qiyməti isə 1739 AZN (900 EUR) təşkil edir və 30 dekabr-6 yanvar tarixlərini əhatə edir.

 

Barselona - 928 AZN

Yeni ili xaricdə qarşılamaq istəyənlər üçün ən ucuz TURLAR

"NZ Travel Club" 28 dekabr - 4 yanvar, 928 AZN (480 EUR)

"Jeluxe Travel" 28 dekabr - 2 yanvar, 1035 AZN (609 USD)

 

Vyana - 1017 AZN

"NZ Travel Club" tərəfindən təşkil olunan Vyana turunun qiyməti isə 1158 (599 EUR) AZN-dir və 29 dekabr - 5 yanvar tarixlərini əhatə edir.

"Jeluxe Travel"ın 29 dekabr - 1 yanvar tarixlərini əhatə edən Vyana turunun qiyməti 1017 AZN (598 USD) təşkil edir.

 

Praqa - 1062 AZN

“Granit AS Travel” tərəfindən 29 dekabr - 5 yanvar tarixlərini əhatə edən turun qiyməti 1720 AZN-dən (890 EUR) (7 gecə, 8 gün) başlayır.

"NZ Travel Club" tərəfindən 29 dekabr tarixindən başlayan tur 7 gecə - 8 gün təşkil edir, qiymətlər isə 1062 AZN-dən (550 EUR) başlayır. 

“Harmony Tour”un Praqa turu isə 29 dekabr-5 yanvar tarixlərini əhatə edir və qiymət 1700 AZN (880 EUR) təşkil edir.

“Harmony Tour” tərəfindən isə həmçinin 30 dekabr - 05yanvar tarixlərini əhatə edən Praqa-Vyana Drezden turu təşkil olunur ki, bunun da qiyməti 1817 AZN-dir (940 EUR).

 

Cenevrə - 1122 AZN

Yeni ili xaricdə qarşılamaq istəyənlər üçün ən ucuz TURLAR

Granit AS Travel” tərəfindən təklif olunan 28 dekabr - 4 yanvar turunun qiyməti 1616 AZN (836 EUR) təşkil edir.

"Jeluxe Travel"ın 25 dekabr tarixindən başlayan 7 gecə - 8 gün turunun qiyməti 1122 manat (660 USD) təşkil edir.

"NZ Travel Club" həmçinin, 28 dekabr - 4 yanvar tarixlərində İsveçrədə dağ-xizək kurortlarına "Yeni il" səyahət turu təşkil edir, qiymət 1604 AZN-dən (830 EUR) başlayır.

 

Roma - 1143 AZN

"NZ Travel Club" 29 dekabr - 3 yanvar tarixlərini əhatə edən Roma turunun qiyməti 1392 AZN-dən (720 EUR) başlayır.

"Tourist Baku"nun 30 dekabr - 2 yanvarı əhatə edən Roma turu 1165 AZN-dir (685 USD).

“LN Travel” 30 dekabr - 2 yanvar tarixli turu 1143 AZN (672 USD) dəyərindədir.

 

Laplandiya - 2203 AZN

Granit AS Travel” 28 dekabr - 4 yanvar tarixində olan tur üçün qiymət 2 493 AZN (1290 EUR) təşkil edir.

"NZ Travel Club" şirkətinin təşkil etdiyi tur isə yeni ildən bir neçə gün sonra üçün nəzətdə tutulub. Belə ki, 4-11 yanvar tarixlərini əhatə edən turun qiyməti 2203 AZN-dən (1140 EUR) başlayır.

finans.az

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et