Yeni il üçün ucuz və əyləncəli hədiyyə ideyaları | Banco.az

Yeni il üçün ucuz və əyləncəli hədiyyə ideyaları

Yeni ilə girməyimizə az qalıb və bir çox insan eyni şeyi düşünür. Bunların başında “Yeni ili harda, necə keçirək, nə hədiyyə alaq” kimi düşüncələr dayanır. Hədiyyələr isə bu düşüncələrin ən qarışıq hissəsidir. Hal-hazırda iqtisadi vəziyyətin çətinliyi, insanların xərclərini idarə edə bilməməsi Yeni il hazırlıqlarını ötən illərlə müqayisədə daha da çətinləşdirib.

Hər kəsin maddi vəziyyəti lüks məkanlarda keçirilən əyləncələrə və ya bahalı hədiyyələr almağa uyğun deyil. Onsuz da Yeni ildə hədsiz pul xərcləməyin bir mənası yoxdur. Çünki, Yeni ildə əylənmək üçün çox pula ehtiyac yoxdur. Kiçik büdcələrlə də unudulmaz bir yeni il gecəsi keçirə bilərsiniz.

Yeni ildə büdcənizə zərər vermədən sevdiklərinizə necə hədiyyələr ala bilərsiniz?

Ətrafınızda bir çox insana hədiyyə almaq istəyə bilərsiniz. Bu ananız, atanız, yoldaşınız, dostunuz və başqaları ola bilər. Lakin bütün bunlar üçün mütləq qaydada pula ehtiyacınız olacaq. Odur ki, hədiyyə seçimini elə etməlisiniz ki, həm ucuz və sərfəli, həm də əyləncəli olsun.

Budur yeni il üçün ucuz və əyləncəli hədiyyə ideyaları:

Qış aksesuarları

Dərhal “çox sadədir” deyə düşünməyin. Unutmayın, hədiyyəni dəyərli edən qiyməti yox, sizsiniz. Düşünün əlinə bir dəfə belə ip almamış biri, sizin üçün nəsə hörür. Sizi xoşbəxt etmək üçün gününü və saatlarını sərf edir. Belə bir hədiyyə kimin xoşuna gəlməz ki?

Odur ki, yeni il hədiyyəsi olaraq əlcək, papaq, şal kimi aksesuarları düşünməyinizi məsləhət görərdik. Yox əgər hörgü işi mənlik deyil deyirsinizsə, o zaman bu hədiyyələri ala da bilərsiniz.

İsti adyallar

Bu soyuq qış günlərində ən çox ehtiyac duyulan şeylərdən biri də yumşaq adyallar deyil mi?

İstəsəniz özünüz də hörə və ya ala biləriniz. Bu həm sərfəli, həm də isti hədiyyə sayıla bilər.

Çərçivə

Çərçivə də həm ala biləcəyiniz həm də düzəldə biləcəyiniz hədiyyələrdən biridir. Əgər az da olsa əl bacarığınız varsa, internetdən özünüzün hazırlaya biləcəyiniz çərçivələrlə tanış ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Xatirə Albomu

Sevgiliniz, dostunuz, ananız, atanız, qısacası hər zaman bir yerdə vaxt keçirdiyiniz birinə verəcəyiniz ən gözəl hədiyyələrdən biri də foto şəkillərinizin olduğu xatirə albomudur.

Pul qutusu

Ən yaxşı hədiyyə ideyalarından biri də budur. Hər kəs Pul qutusu görən kimi, pul yığmaq həvəsinə düşür. Odur ki, sevdiklərinizi belə kiçik bir hədiyyə ilə sevindirə bilərsiniz.

Qar kürəsi

Hər zaman xatirələri yada salan qar kürələri Yeni ilin ən gözəl və mənalı hədiyyəsi sayıla bilər.

Kitab

Çöldə soyuq və buz kimi hava.. İsti adyal və maraqlı bir kitab.  Bundan gözəl nə ola bilər ki?

Şam və  Sabun...

Həm ucuz..Həm rəngarəng, həm də zərif. Sevdiklərinizə gözəl ətirli şam və ya sabun alsanız, onları sevindirmiş olarsınız.

“İlin ən yaxşısı” kuboku

Bəlkə sevdiklərinizə “ilin ən yaxşısı sənsən” mesajını verən hədiyyə alasınız?

Gündəlik

Büdcənizə zərər vermədən ala biləcəyiniz hədiyyələrdən biri də budur. Əgər yazmağı sevən bir tanışınız varsa bu hədiyyə tam da onluq ola bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et