Yeməkdən sonra 7 təhlükəli vərdiş: | Banco.az

Yeməkdən sonra 7 təhlükəli vərdiş:

Həkimlər yeməkdən sonra bu şeyləri etməyin sağlamlığa zərərli olduğunu bildirirlər:
1. Siqaret çəkmək: Mütəxəssislər tərəfindən aparılan araşdırmalara görə, yeməyin dərhal ardından çəkilən tək bir siqaret, 10 siqaret çəkməyə ekvivalent sayılır. Və bu vəziyyət xərçəngə tutulma riskini artırır.
2. Meyvə yemək: Yeməkdən dərhal sonra yeyilən meyvə mədənizin hava ilə dolmasına səbəb olur.
3. Çay içmək: Yeməyin üstündən çay içmək də sağlamlıq baxımından faydalı deyil. Belə ki, çay orqanizm üçün lazım olan mineralları məhdudlaşdırmaqla bərabər, həzm prosesini də çətinləşdirir.
4. Kəməri boşaltmaq: Yeməkdən sonra kəmər boşaltmaq bağırsaqların düyünlənməsinə səbəb ola bilər.
5. Yerimək: Yeməyin dərhal ardından yerimək qəbul etdiyiniz qidaların həzmə getməsinə mane olur. Yeməkdən təxminən 1 saat sonra yerimək daha faydalı hesab olunur.
6. Hamama girmək və duş qəbul etmək: Yeməkdən dərhal sonra alınan duş qan axınını əl və ayaqlar istiqamatində çoxaldır. Bu isə həzm sistemi üçün də zərərlidir.
7. Yatmaq: Yeməyin dərhal ardından yatmaq da həzm sisteminin kifayət qədər çalışmamasına, bağırsaq iltihabına və mədə xəstəliklərinə səbəb olur. Bu həm də kökəlməyə gətirib çıxardır.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et