Yeməkdə rekord ödəniş | Banco.az

Yeməkdə rekord ödəniş

Dünyanın ən varlı dördüncü adamı Warren Buffettlə yemək yeyə bilmək üçün adı açıqlanmayan xeyriyyəçi bir iş adamı 4 milyon 560 min dollar ödəyib. Bu ödəniş Buffettlə bu günə qədər yemək yemək üçün ödənən ən yüksək məbləğdir.

Hərrac nəticəsində ödənən məbləğ San-Fransisko körfəzindəki evsiz insanlara kömək olmağı hədəfləyən "Glide" adlı təşkilata veriləcək.

Buffett, "Glide" adlı təşkilatın yemək kampaniyasına 20 ildir qatılır.

Bu günə qədər cəmi 33 milyon dollar vəsait toplanıb. Rekord yemək ödənişi bu il 4 milyon 560 min dollar ilə ödənib. Bundan əvvəlki rekord 2016-cı ildə 3.46 milyon dollar ilə qırılmışdı.

Ən sərfəli kredit üçün müraciət et

 

WARREN BUFFETT KİMDİR?

Warren Edward Buffett, 1930-cu ildə doğulmuş məşhur iş adamı, səhm sərmayəçisi və xeyriyyəçidir. "Berkshire Hathaway" sərmayə şirkətinin sahibi Buffett, 81.5 milyard dollarlıq sərvətilə dünyanın ən varlı dördüncü adamıdır. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et