Yarım ildə xaricdən avtomobil alışına 36 milyon dollar ödənilib | Banco.az

Yarım ildə xaricdən avtomobil alışına 36 milyon dollar ödənilib

2018-ci ilin I yarısında Azərbaycana 16 milyon 71 min dollar dəyərində yük avtomobilləri idxal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,4 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Hesabat dövründə respublikaya 978 ədəd yük avtomobili (artım 2,4 dəfə) idxal olunub.

Bundan başqa, cari ilin yanvar-iyun aylarında 4 milyon 72 min dollar dəyərində avtobus idxal olunub ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 2,6% azdır. Hesabat dövründə ölkəyə 60 ədəd avtobus (artım 9,1%) gətirilib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə Azərbaycana 8465 min ədəd minik avtomobili idxal olunub ki, bu da ötən ilin yanvar-iyun aylarının göstəricisindən 2,9 dəfə çoxdur. Ölkəyə 14 milyon 42 min dollar dəyərində (artım 2,2 dəfə) minik avtomobilləri gətirilib. 

6 ay ərzində cəmi avtomobil idxalına 35 milyon 850 min dollar ödənilib.

marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et