Yaponiya istehlak vergisini artırmaq niyyətindədir | Banco.az

Yaponiya istehlak vergisini artırmaq niyyətindədir

Yaponiyada işgüzar əhval-ruhiyyə göstəricilərinin aşağı düşdüyü elan olunandan iki gün sonra iqtisadiyyata məsul olan iki nazir rəsmi açıqlama verib. Maliyyə naziri Taro Aso deyib: "Hesab etmirik ki, iqtisadiyyatın vəziyyəti 2008-ci ildə qeydə alınmış dünya maliyyə böhranı səviyyəsinə düşəcək". Nazir qeyd edib ki, hökumət bu ilin oktyabr ayında istehlak vergisinin dərəcəsini indiki 8 faizdən 10 faizə qaldırmaq niyyətindədir: "Lakin verginin dərəcəsinin artırılmasının daxili tələbatı aşağı sala biləcəyindən ehtiyatlanırıq".

Ən sərfəli kredit üçün müraciət et

İqtisadiyyat, ticarət və sənaye naziri Xirosiqe Seko isə bəyan edib ki, daxili tələbatın əsaslandığı əsas amillərin hamısı dayanıqlıdır: "Ümumilikdə Yaponiyada məşğulluq və əməkhaqqı daim artmaqdadır. Korporasiyaların gəlirləri isə yüksəkdir".

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et