Yaponiya iqtisadiyyatı daha yavaş artıb | Banco.az

Yaponiya iqtisadiyyatı daha yavaş artıb

Yaponiya iqtisadiyyatı ikinci rübdə birinci rübə nisbətən daha yavaş artıb.

Hökumət tərəfindən açıqlanan məlumatlara görə, ümumi daxili məhsul (ÜDM) güclü istehlakçı xərclərinin artımı dəstəkləməsi ilə illik (ötən ilin eyni dövrü ilə müqayisədə) 1.3 faiz artıb. Yaponiya iqtisadiyyatı birinci rübdə illik 2,1% artmışdı.

İqtisadçıların gözləntisi də ikinci rübdə 1.3 faiz artım olacağı istiqamətində idi.

Ən sərfəli kredit üçün müraciət et

İkinci rübdə iqtisadiyyat birinci rüblə müqayisədə 0,3% artıb. 

Ötən həftə açıqlanan Maliyyə Nazirliyi məlumatları, ticarət müharibəsinin dərinləşməsi ilə istehsalçıların kommersiya investisiyalarının azaldığını göstərib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et