Yapı Kredi Bank-ın maliyyə vəziyyəti yaxşılaşır - 10 mln. manat mənfəət | Banco.az

Yapı Kredi Bank-ın maliyyə vəziyyəti yaxşılaşır - 10 mln. manat mənfəət

"Yapı Kredi Bank Azərbaycan" 2017-ci ilin son rübünə olan maliyyə nəticələrini açıqlayıb.

Sözügedən dövrdə bankın cəmi aktivləri 427,291 mln. manat, öhdəlikləri isə 354,671 mln. manat təşkil edib. Qeyd edək ki, 2016-cı ilin son rübündə bankın cəmi aktivləri 447,862 mln manat idi. Bu isə bankın aktivlərinin 1 il ərzində 4,6% azaldığını götərir. 

Bankın aktivlərinin 146,008 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edir. 2016-cı ilin eyni dövrü ilə müqayisədə kredit portfelinin 31% kiçildiyi müşahidə olunur.

Bankda yerləşdirilən depozitlərin həcmində isə artım qeydə alınıb. Belə ki, 1 il ərzində depozit portfeli 14,5% böyüyərək 329,820 mln. manat olub.

Yapı Kredi Bank-ın kapitalı artıb!

Ən sərfəli kredit üçün müraciət et

2016-cı ilin son rübündə 55,696 mln. manat olan cəmi kapital, ötən ilin sonunda 72,619 mln. manata çatıb.

Bank ili 10 mln. manat mənfəətlə başa vurub.

Ötən ilin son göstəricilərinə əsasən, 16,805 mln. manat əməliyyat mənfəəti əldə edən Yapı Kredi Bank, 4,866 mln. manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb, 1,828 mln. manat isə mənfəətt vergisi ödəyib. Nəticədə, ili 10,11 mln. manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, 2016-cı ilin son rübündə bank 10 mln. manat zərərdə idi.

Ən sərfəli krediti almaq üçün müraciət et